Fidyə və onun vacib olma yerləri
Mьəllif: admin1
Tarix: 16-05-2018, 11:39
Fidyə və onun vacib olma yerləri
Aşağıdakı yerlərdə gərək fidyə verilsin:

1. Oruc tutmaq məşəqqətli və çətin olan qoca kişi və qoca qadın.

2. ”İstisqa” xəstəliyinə düçar olan şəxs, yəni teşnə və susuzluq xəstəliyinə düçar olanlar, belə ki, oruc tutmaq onlar üçün məşəqqətli olsun.

3. Azad olmağı yaxın olan hamilə qadınlar, əgər oruc uşağa zərər edirsə.

4. Südverən qadınların südü az olduqda, əgər oruc tutmaq körpəyə zərər edərsə.

5. Xəstə şəxslərə, əgər oruc tutmaq zərər edərsə və həmin xəstəlik-ləri növbəti Ramazan ayınadək davam edərsə.

Əgər hamilə qadın orucun uşağa zərər etməyindən qorxa və onun bu qorxusunun üqəlayi (aqillər arasında qəbul edilmiş və normal) mənşəyi ola, (oruc tutmamalıdır və əgər orucdursa) gərək orucunu iftar etsin (pozsun), hər bir gün üçün fidyə ödəsin və həmin günlərin qəzasını da, tutsun.

Əgər südverən qadın oruc tutmaq nəticəsində südünün azalması yaxud qurumasın körpəsinə zərər etməsindən qorxa, (oruc tutmamalıdır və əgər orucdursa) gərək orucunu iftar etsin (pozsun), hər bir gün üçün fidyə ödəsin və həmin günlərin qəzasını da tutsun.

Xəstəlik səbəbinə Ramazan ayı orucunu tutmayan xəs-tənin xəstəliyi yeni Ramazan ayınadək davam edərsə, tutmadığı orucların qəzası vacib deyil və təkcə hər bir gün üçün fidyə verməlidir.

Xəstəlik səbəbinə Ramazan ayı orucunu tuta bilməyən qadın, (həmin) xəstəliyi növbəti Ramazan ayınadək davam etdiyinə görə, qəzasını tutmadığı orucların fidyəsi onun özünə vacibdir və ərinin boynuna bir şey vacib olmur.

İki il ardıcıl şəri üzr səbəbinə oruc tuta bilməyən qadının üzrü bətnindəki uşağa yaxud körpəsinə zərər etmək qorxusu olubdursa, qəzadan əlavə hər gün üçün fidyə də ödəməlidir. Əgər bu orucların qəzasını növbəti Ramazan ayınadək şəri üzrü olmadan təxirə salıbdırsa, qəza və fidyədən əlavə təxir kəffarəsi də verməlidir. Amma əgər (onun üzrü özünə olan zərər olubdursa və zərərə görə yeni Ramazan ayınadək orucun qəzalarını tutmağa qadir olmayıbsa, (qəzası yoxdur və) təkcə fidyə ödəməlidir.

Fidyənin miqdarı təxir kəffarəsi miqdarındadır yəni bir müdd təam. Bu təam yoxsula verilməlidir.

Əgər bir şəxs müəyyən bir gündə oruc tutmağı nəzir edə və bilərəkdən o gün oruc tutmaya yaxud orucunu sındıra, gərək kəffarə versin.

Nəzirin kəffarəsi “qəsəm” (and içmək) kəffarəsidir ki, öz yerində bəyan ediləcək.


Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır.

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930