Əhli-Beytə (ə) hədiyyə edilən namazın qaydası belədir
Mьəllif: admin1
Tarix: 5-11-2020, 10:56
Əhli-Beytə (ə) hədiyyə edilən namazın qaydası belədir
Seyyid ibni Tavus Əhli-Beytdən (ə) nəql edir ki, buyurulub: “Hər kim namazın savabını Peyğəmbər (s), Əmirəl-möminin (ə), ondan sonrakı vəsilər üçün qərar verərsə, Allah onun namazının savabını çoxaldar.

(Can verməzdən əvvəl) ona deyilər: “Ey filankəs! Sənin bizə hədiyyən indi sənin üçün faydalı olacaqdır. Bu gün – sənə mükafat vermək günüdür. Allahın sənin üçün hazırladığına görə qəlbin xoş və gözün aydın olsun”.

Hədisi nəql edənə sual verirlər ki, insan namazının savabını necə hədiyyə edə bilər ki?

Həzrət (ə) buyurur: “Niyyət edər ki, namazının savabını Peyğəmbər (s) üçün qərar verir. Hətta əgər iki rükətli namaz olsa belə, qılsın və hər gün bu böyüklərdən birinə hədiyyə etsin. Bu namazı qılmağın qaydası belədir:

Namazı bir, ya üç, ya da yeddi təkbirlə başlasın. İkinci rükətdə “Həmd”i qiraət etməzdən əvvəl bir və ya üç və ya yeddi təkbir desin.

Bütün rüku və səcdələrdə təsbihi dedikdən sonra 3 dəfə desin:

صَلَّى اللَّهُ عَلَى مُحَمَّدٍ وَ آلِهِ الطَّیِّبِینَ الطَّاهِرِینَ
("Sallallahu alə Muhəmmədin və Alihit-tayyibinət-tahirin")

Namazın salamından sonra desin:

اللَّهُمَّ أَنْتَ السَّلَامُ، وَ مِنْکَ السَّلَامُ، یَا ذَا الْجَلَالِ
وَ الْإِکْرَامِ، صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ الطَّیِّبِینَ
الطَّاهِرِینَ الْأَخْیَارِ، وَ أَبْلِغْهُمْ مِنِّی أَفْضَلَ
التَّحِیَّهِ وَ السَّلَامِ»


Əgər namazı İmam Hüseynə (ə) hədiyyə edərsə, belə desin:

اللَّهُمَ‌ إِنَ‌ هَاتَیْنِ‌ الرَّکْعَتَیْنِ‌ هَدِیَّهٌ مِنِّی إِلَى
عَبْدِکَ وَ ابْنِ عَبْدِکَ، وَ وَلِیِّکَ وَ ابْنِ وَلِیِّکَ، سِبْطِ
نَبِیِّکَ الطَّیِّبِ الطَّاهِرِ الزَّکِیِّ الرَّضِیِّ، الْحُسَیْنِ
بْنِ عَلِیٍّ الْمُجْتَبَى عَلَیهِ السَّلامُ. اللَّهُمَّ
فَتَقَبَّلْهُمَا مِنِّی، وَ أَبْلِغْهُ إِیَّاهُمَا، وَ أَثِبْنِی
عَلَیْهِمَا أَفْضَلَ أَمَلِی وَ رَجَائِی فِیکَ وَ فِی نَبِیِّکَ وَ
وَلِیِّکَ وَ ابْنِ وَلِیِّکَ، یَا وَلِیَّ الْمُؤْمِنِینَ، یَا وَلِیَّ
الْمُؤْمِنِینَ، یَا وَلِیَّ الْمُؤْمِنِین».


/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031