Hansı əməllər üçün dəstəmaz alınmalıdır?
Mьəllif: admin1
Tarix: 27-01-2021, 10:17
Hansı əməllər üçün dəstəmaz alınmalıdır?
1.Namaz

Dəstəmaz bütün vacib və müstəhəb namazların, eləcə də bu namazların unudulmuş hissələrinin səhih olma şərtidir, buna əsasən meyit namazından başqa heç bir namaz dəstəmazsız səhih deyil. Meyit namazı üçün dəstəmaz almaq lazım deyil.

Vacib namazın vaxtının daxil olmasına az qaldıqda, o namaz niyyətilə dəstəmaz almağın işkalı yoxdur.

Təharət (paklıq) niyyəti ilə dəstəmaz almaq şəri nöqteyi-nəzərdən müstəhəbdir və müstəhəb dəstəmazla namaz qılmaq olar.

Müstəhəbdir insan bütün hallarda dəstəmazlı olsun, xü-susilə məscid və məşhədlərə daxil olarkən, quran tilavət edərkən, yatarkənvə digər vaxtlarda.

Dəstəmaz səhih şəkildə alındıqdan sonra nə qədər ki, pozulmayıb, təharət şərt olan bütün əməlləri onunla yerinə yetirmək olar, buna əsasən hər bir namaz üçün ayrı-ayrı dəstəmaz almaq lazım deyil və bir dəstəmazla istənilən qədər namaz qılmaq olar.

2. Vacib təvaf

Dəstəmaz Allahın evini vacib təvaf etməyin səhih olmağının şərtidir və dəstəmazsız vacib təvaf batildir. Vacib təvafdan məqsəd həcc ya ümrənin bir hissəsi sayılan təvafdır, hətta həcc ya ümrə müstəhəb olsa belə, amma həcc və ümrədən savayı edilən müstəhəb təvafın səhih olmasında dəstəmaz almaq şərt deyil.

3.Quranı məss etmək (Qurana əl yaxud bədənin hər hansı bir his-səsini vurmaq)

Quranın xəttinə dəstəmazsız əl vurmaq haramdır və bu hökm Qurani-kərimə xas deyil, hətta Quranın bütün kəlmələrinə və ayələrinə aiddir, hərçənd başqa kitablarda, qəzetlərdə, jurnallarda vəs. yazılsa belə.

Bədənin dodaq, üz və s. kimi bütün hissələrini Quranın xəttinə vurmaq ona əl vurmaq hökmündədir.

4. Mütəal Allahın, peyğəmbərlərin (ə) və məsum imamların (ə) adları-nı məss etmək (toxunmaq)

Mütəal Allahın zatına xas olan ad və sifətləri dəstəmazsız məss etmək haramdır. (Vacib) ehtiyata əsasən peyğəmbərlərin və məsum imamların adları da bu hökmdədir.

Ləfzi-cəlaləni yəni "الله" kəlməsini dəstəmazsız məss et-mək haramdır, hətta Əbdüllah və Həbibullah kimi mürəkkəb kəlmələrin bir hissəsi olsa belə.

(Cümlə daxilində) Allahın zatına qayıdan (və aid olan) əvəzlikləri məss etmək ləfzi-cəlaləni "الله" məss etmək hökmündə deyil. Məsələn, "بسمه تعالی" cümləsində olan əvəzlik kimi.

Ləfzi-cəlalənin "الله" əvəzinə bir həmzə və üç nöqtə "ا. . . "qoymağın şəri maneəsi yoxdur və dəstəmazsız onu məss etmək caiz-dir.

Dəstəmazsız şəxslərin ləfzi-cəlaləyə məss etməsi ehti-malına görə ləfzi-cəlaləni yazmamağın eybi yoxdur.

Üstündə Quran ayələri yaxud mübarək adların yazıldığı boyunbağını boyundan asmağın işkalı yoxdur, amma gərək onun yazıları dəstəmazsız halda bədənlə təmasda olmasın.

Üzərində Quran ayələri o cümlədən ayətül-kürsi yaxud mübarək adlar yazılan qablarda yemək yeməyin işkalı yoxdur, bu şərtlə ki, dəstəmazlı olsun ya xörəyi qaşıqla götürsün (belə ki, əli yazılara toxunmasın).

Yazı maşınları ilə Quran ayələri, ləfzi-cəlalə yaxud məsumların (ə) adlarının yazılması ilə məşğul olan şəxslərə yazı zamanı dəstəmaz almaq lazım deyil (yəni bu işdə təharət şərt deyil), amma təharətsiz onları məss edə bilməz.

Üzüklərin üzərinə həkk olan kəlmələr Quran ayəsi kimi məss edilməsinin caiz olmasında təharət şərt olan kəlmələrdən olarsa, təharətsiz məss edilməsi caiz deyil.

Quran ayələri və Mütəal Allahın adlarının və s. çap və nəşr edilməsinin işkalı yoxdur, amma hər kəsin əlinə yetişərsə vacibdir onların şəri hökmlərinə riayət etsin, ona ehtiramsızlıq etməkdən, onu nəcis etməkdən və ona dəstəmazsız toxunmaqdan çəkinsin.

Quran ayələri və mübarək adlar yazılan qəzetlərdənistifadə etmək, bir şeyi bükmək, süfrə kimi istifadə etmək, üzərinə bir şey yazmaq vəs. kimi istifadə etmək, ürf arasında ona ehtiramsızlıq sayılarsa, caiz deyil, amma ehtiramsızlıq sayılmazsa işkalsızdır.

Üzərinə Quran ayələri ya mübarək adlar yazılan hər hansı bir şeyi arxa ya kanala atmaq xalq arasında təhqir sayılmazsa işkalsızdır.

Əgər Quran ayələri yaxud Allahın adları və ya digər mübarək adların hər hansı bir vərəqdə olması (yazılması) məlum olmaya, onu yandırmaq və kənara atmağın işkalı yoxdur və axtarış lazım deyil. Xatırladaq ki, istifadəsi mümkün olan ya yeni istehsalla istifadəyə verilə bilən yazılı kağızların kənara atılmasında israf şübhəsi olduğu üçün işkalsız deyil.

Quran ayələri və mübarək adları yerə basdırmaq yaxud su ilə xəmirə çevirməyin işkalı yoxdur, amma onları yandırmaq işkallıdır, hətta əgər ehtiramsızlıq sayılarsa caiz deyil. Xatırladaq ki, əgər naçarlıq üzündən ola belə ki, Quran ayələrini ayırmaq da, mümkün olmaya, bu halda işkalı yoxdur.

Quran ayələri və mübarək adları kiçik-kiçik tikələrə parçalamaq, belə ki, hətta iki hərf də bitişik qalmasın və oxunması mümkün olmasın, ehtiramsızlıq sayılmazsa, işkalı yoxdu, lakin ləfzi-cəlalə və Quran yazısı tamamilə aradan getməyibsə, bədəni (təharətsiz) ona toxundurmaq caiz deyil. Həmçinin bəzi hərfləri azaldıb-çoxalt-maqla xəttin şəklinin dəyişdirilməsi onun hökmünün aradan getməsinə səbəb olmur.

Amma əgər xəttin dəyişdirilməsi nəticəsində Quran və s. niyyətilə yazılmış hərflər elə dəyişə ki, aradan getmiş kimi ola, onda onun hökmünün də dəyişməsi nəzərdən uzaq deyil (yəni dəyişir), amma müstəhəb ehtiyat budur ki, dəstəmazsız məss edilməsin.

Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır.

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930