Suların hökmləri
Mьəllif: admin1
Tarix: 29-04-2018, 09:33
Suların hökmləri
TƏHARƏTİN HÖKMLƏRİ
İslam dini təharətə, eləcə də təmizliyə böyük əhəmiyyət veribdir. Bəzi şəri əməllər təharətlə olduğu halda düz və səhih olur. Bəzi şeylər müqəddəs islam baxımından napakdır və gərək insan ondan həmişə ya bəzi vaxtlar qorunsun.

İslam fiqhində təmizlikdən ələvə təharət məfhumu da vardır ki, bu iki qismə bölünür:

1. Hədəsin aradan getməsilə hasil olan təharət. Bu təharət qüsl, dəstəmaz və təyəmmüm vasitəsi ilə hasil olur.

2. Xəbəsin aradan getməyilə hasil olan təharət ki, bu nəcisin və nəcis olmuş əşyaların xüsusi yollarla (məsələn, xüsusi keyfiyyətlə suya çəkilməsilə) hasil olur.

Təharət bəzən vacib və bəzən müstəhəb ola bilir. Bunun hər iki qismi və bunlara aid məsələlər “Təharət” ünvanı ilə adlanan fəsildə bəyan edilir.
Suların hökmləri

1.Müzaf su (qarışıq və qatqılı su)

Müzaf su o suya deyilir ki, özü-özlüyündə və heç bir qeydi olmadan ona su deyilməsin, istər bir şeydən çəkilmiş olsun qarpız suyu və gülab kimi və s.

istərsə də başqa bir şeylə qarışsın (yaxud hazır-lanmış olsun) belə ki, artıq ona su deyilməsin, hazırlanmış soklar, şərbətlər, duzlu su və s. kimi.

Müzaf su nəcis şeyi pak etmir.(Pakedicilərdən deyil)

Müzaf su nəcis bir şeylə təmasda olmaqla nəcis olur (hərçənd nəcasət az ola, su kürr miqdarında ya ondan çox ola və suyun iyi, rəngi və dadı dəyişməyə).

Dəstəmaz və qüsl müzaf su ilə səhih deyil.
Bəzən sulara xüsusi maddələr əlavə etməklə onun rəngi süd rənginə oxşayır ki, bu su müzaf su hökmündə deyil, onunla nəcis əşyaları pak etmək, dəstəmaz almaq və qüsl etmək olar.

2. Mütləq su (saf və xalis su)

Mütləq su o suya deyilir ki, ona özü-özlüyündə, heç bir qeyd və əlavə kəlimə artırılmadan su deyilsin, yağış və çeşmə suyu və s. kimi.


Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır.

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031