Dəstəmazın şərtləri
Mьəllif: admin1
Tarix: 12-05-2018, 10:16
Dəstəmazın şərtləri

1.Niyyət

Dəstəmaz qəsdi-qürbətlə alınmalıdır, yəni dəstəmaz alarkən bu niyyətdə olmalıdır ki, bu xüsusi əməli Allahın fərmanına görə yerinə yetirir; buna əsasən əgər özünü nümayiş etdirmək üçün və ya sərinləşmək üçün dəstəmaz alarsa, dəstəmaz batildir.

2.Suyu istifadə etmək ona zərər etməsin

Əgər bir şəxs qorxa ki, dəstəmaz alarsa xəstələnəcək yaxud özü susuz (teşnə) qalacaq, dəstəmaz almamalıdır.

3.Dəstəmaz suyu mütləq (saf) su olmalıdır

Dəstəmazın suyu gərək mütləq su olsun; buna əsasən müzaf (qarışıq) su ilə dəstəmaz almaq səhih deyil (dəstəmaz batildir)

4.Dəstəmaz suyu pak olmalıdır

Dəstəmaz suyu gərək pak olsun; buna əsasən nəcislən-miş su ilə dəstəmaz batildir (səhih deyil).

5.Dəstəmaz suyu mübah olmalıdır

Dəstəmazın suyu gərək mübah olsun; buna əsasən qəsb edilmiş suyla dəstəmazcaiz deyil.

Ümumi dəstəmaz alanlar üçün nəzərdə tutulan məkanın suyu ilə dəstəmaz almağın işkalı yoxdur.

Əgər su idarəsi (binalarda) suyun təzyiqini artırmaq üçün istifadə edilən nasosların istifadəsini qadağan edə, onun istifadəsi caiz deyil və onun vasitəsi ilə əldə edilən suyla dəstəmaz almaq işkallıdır, hətta binanın yuxarı mərtəbəsində qaldıqları və suyun o mərtəbələrə zəif qalxması üçün buna məcbur olsalar belə.

Yaşayış binalarında müştərək yaşayan sakinlər, həmçinin qeyri-yaşayış binaların abunəçiləri, şəri baxımdan (soyuq su, isti su, qaravulçu xidməti və s. kimi)müştərək istifadə etdikləri xidmətlərin müqabilində istifadə etdikləri miqdarın pulunu borcludurlar; buna əsasən onların hər hansı biri əgər suyun pulunu verməkdən boyun qaçırarsa, onun (o suyla aldığı) dəstəmaz işkallıdır, hətta batildir.

7.Dəstəmaz üzvləri pak olmalıdır

Dəstəmaz üzvləri yuyulan və məsh edilən zaman pak olmalıdır, amma əgər dəstəmaz qurtarmadan yuduğu yaxud məsh etdiyi yer (yuyub ya məsh etdikdən sonra) nəcis olarsa, dəstəmaz batil deyil.

Əgər dəstəmaz aldıqdan sonra şəkk edə ki, qabaqdan nəcis olmuş yeri pakladıqdan sonra dəstəmaz alıb ya yox, dəstəmaz alarkən o üzvün pak ya nəcis olması onun xatirində olmayıbsa, dəstə-maz batildir, amma əgər nəcis ya pak olması xatirində olmağını bilirsə ya buna ehtimal verirsə, dəstəmaz səhihdir, lakin hər iki halda o üzvü suya çəkməlidir.

8.Dəstəmaz üzvlərində suyun üzvə yetişməsinə maneə olmamalıdır

Dəstəmaz üzvlərində üzvlərə suyun çatmasına heç bir maneə olmamalıdır, əks halda dəstəmaz batildir.

Təbii şəkildə üzdə və tükdə yaranan yağlılıq mane sayılmır, amma əgər bu yağlılıq elə bir həddə çata ki, həqiqətən suyun dəriyə yetişməsinin qarşısını ala, bu halda dəstəmaz batildir.

Dırnaqlara vurulan rənglər təkcə rəng olmazsa (məsələn, həna rəngi) və (lak kimi) suyun keçməsinə mane olarsa, dəstəmazı batil edir.

Qadınların saçlarını və qaşlarını rənglədikləri süni rənglər, əgər təkcə rəng olarsa və suyun dəriyə keçməsinə mane olmazsa, dəstəmaz səhihdir.

Mürəkkəb, suyun dəriyə keçməsinə maneçilik törədərsə dəstəmazı batil edər və bunu müəyyən etmək mükəlləfin öz öhdəsindədir.

Bədənə vurulan tatu təkcə rəng olarsa ya dəri altına vurularsa və dərinin üzərində suyun keçməsinə maneçilik törədən bir şey olmazsa dəstəmazı batil etmir.

Gipsin ya sabunun quruduqdan sonra əldə aşkar olan rəngi dəstəmaza zərər yetirmir, amma əgər bu təkcə rəng olmaya və əlində suyun dəriyə yetişməsinə maneçilik törədən bir şey qala dəstəmazı batil edər.

Əgər dəstəmaz üzvünə bir şeyin yapışdığını bilə, amma onun suyun dəriyə keçməsinə mane olub olmamasında şəkk edə, gərək onu aradan aparsın.

Əgər dəstəmazdan qabaq dəstəmazın bəzi üzvlərində suyun dəstəmaz üzvünə yetişməsinə mane olan bir şeyin olduğunu bilə, dəstəmaz aldıqdan sonra şəkk edə ki, suyu onun altına yetirib ya yox, əgər dəstəmaz alarkən o maneə onun xatirində olubsa, dəstəmazı səhihdir.

Dəstəmaz üzvünə hər hansı bir maneənin (suyun dəriyə keçməsinə maneçilik törədən hər hansı bir şeyin) yapışmasında şəkk edə, əgər onun bu ehtimalının yeri varsa, belə ki, camaat arasında bu ehtimal qəbul edilə (rəngsazın rənglədikdən sonra verdiyi ehtimalı kimi), gərək axtarış etsin ya o qədər əli ilə sürtsün ki, yəqin etsin maneə olduğu təqdirdə gedibdir ya su dəriyə yetişibdir.

9.Tərtib

Dəstəmaz gərək dəstəmazın tərtibi məsələsində (182-ci məsələdə) deyilən tərtiblə alınsın, başqa tərtiblə alındıqda batildir.

10.Müvalat (ardıcıllıq)

Dəstəmazın əməllərini normal ardıcıllıqla yerinə yetirmək lazımdır belə ki, onların arsında düşən fasilə nəticəsində əgər bir üzvü yuyarkən ya məsh edərkən ondan öncə yuyulan üzvlər quruya, dəstəmaz batil olur.

11.Mübaşirət (dəstəmazı özü almalıdır)

Dəstəmaz alan şəxs dəstəmazın bütün əməllərini şəxsən özü yerinə yetirməlidir, əgər başqası ona dəstəmaz aldıra ya suyu üzə və əllərə yetişməsində yaxud başa ya ayaqlara məsh etməkdə ona kömək edə, dəstəmaz batildir.

Bir şəxs xəstəlik ya bu kimi müşkülə görə özü dəstəmaz ala bilmirsə, gərək dəstəmaz almaq üçün bir şəxsdən kömək alsın, amma dəstəmaz alan şəxs özü dəstəmaz niyyəti etməlidir və mümkün olan təqdirdə məshləri özü etməlidir, amma buna da qadir olmazsa, naib (köməkçi) onun əllərini tutub məsh etdirsin (yəni onun əllərini başına və ayaqlarına çəksin), əgər bu da mümkün olmazsa, naib onun əlinin içindəki rütubətdən götürüb məsh etsin.Əgər dəstəmaz alan şəxsin əli olmazsa, onun qolunun rütubətindən götürməli, qolu da olmadıqda üzünün rütubətindən götürüb baş və ayaqlarına məsh etməlidir.

12.Dəstəmaz alıb namaz qılmaq üçün kifayət qədər vaxt olmalıdır

Əgər namazın vaxtı o qədər dar ola ki, dəstəmaz alarsa namazın hamısını vaxt daxilində qıla bilməyəcək və namazın (hamısı ya) bir hissəsi vaxtdan sonraya düşəcək, bu halda dəstəmaz almamalı və onun əvəzinə təyəmmüm etməlidir, bu şərtlə ki təyəmmümə sərf olunan vaxt dəstəmaza sərf olunan vaxtdan az olsun, amma əgər təyəmmümün tutduğu vaxt dəstəmazın tutduğu vaxtla bərabər (ya ondan çox) olarsa, dəstəmaz alması vacibdir.

Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır.

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930