Dəstəmaz məsələləri
Mьəllif: admin1
Tarix: 10-05-2018, 21:54
Dəstəmaz məsələləri
Dəstəmaz xüsusi formada üz və əlləri yumaq və başın qabaq hissəsinə, həmçinin ayaqların üzərinə məsh etməkdir.

Müqəddəs şəriətdə mənəvi paklıq sayılan bu əməl bəzi əməllərin müqəddiməsidir, məsələn, namaz, təvaf, Quran tilavət etmək, məscidə getmək və s. kimi.

Dəstəmaz bu tərtiblə alınmalıdır: Üzü alının yuxarı his-səsindən, yəni başın tük bitən yerindən çənənin başınadək yumaq, sonra sağ əli dirsəkdən barmaqların ucunadək, daha sonra sol əli dirsəkdən barmaqların ucunadək yumaq və bundan sonra yaş əli (əlin içindəki dəstəmaz suyu ilə) başın qabaq hissəsinə məsh etmək (əli çəkmək) və sonda yaş əlini (əllərin içində qalmış dəstəmaz suyunun rütubətilə) ayaqlarının üstünə barmaqların başından ayağın üstündəki oynaqlaradək çəkmək (məsh etmək) lazımdır.

Üzün vacibi yuyulmaq miqdarı(əli tam açarkən) orta və baş barmaq arasında olan məsafədir.

Tüklə örtülmüş üzlərdə tüklərin üzərini yumaq kifayətdir və suyu üzün dərisinə çatdırmaq lazım deyil, amma üzün tükləri çox seyrək olduqda, belə ki, üzün dərisi kamil şəkildə görünə, suyu dəriyə çatdırmaq lazımdır.

(Üzü və əlləri) yumaq, suyu üzvə tam çatdırmaqla hasil olur, hətta əl ilə çatdırmaqla olsa belə, təkcə nəmli əli ona çəkmək kifayət deyil.

Üzü və əlləri dəstəmazda yuxarıdan aşağıya olan istiqamətdə yumaq lazımdır, əgər aşağıdan yuxarı istiqamətdə yuyularsa, dəstəmaz batildir.

Üzü və əlləri bir dəfə yumaq vacib, iki dəfə yumaq caiz, üç və üç dəfədən artıq yumaq haramdır.

Hər dəfə yumağın meyarı qəsddir (niyyətdir), buna əsasən əgər birinci dəfə yumaq niyyətilə bir neçə dəfə su tökməsinin işkalı yoxdur.

Üzü və əlləri yuduqdan sonra başın qabaq hissəsini və ayaqların üstünü gərək əllərin içində qalmış dəstəmaz suyu ilə məsh etsin.

Başın dərisinə məsh etmək vacib deyil; təkcə başın qabaq hissəsindəki tüklərin üzərinə məsh etmək kifayət edir. Amma əgər başın başqa hissəsinin tükləri qabaq hissəyə yığılıbsa ya başın qabaq hissəsinin tükləri o qədər uzun ola ki, üzə ya çiyinlərə tökülə, ona məsh etmək kifayət etmir və gərək saçları ayırmaqla başın dərisinə yaxud tükün dibinə məsh edilsin.

Bir şəxsin başında süni saç olarsa; əgər bu saç parik və bu kimi süni saçdırsa, məsh etmək üçün onu götürməlidir, amma əgər tük əkdiribsə, onu götürmək mümkün deyil yaxud zərər və ya çətindirsə, bu halda əlin rütubətini başın dərisinə yetirmək də mümkün deyilsə, bu zaman o tüklərin üzərinə məsh etmək kifayətdir.

Ayaqların məsh etmək miqdarı barmaqların birinin başından ayağın üstündəki oynağa qədərdir, barmaqların aşağı hissəsini (yeriyərkən yerlə təmasda olan hissəsini) məsh etməyin müstəhəbb olması sübuta yetməyibdir.

Ayağın məshi barmaqların başından olmazsa və məsh edərkən təkcə ayağın üstü və barmaqların bir miqdarı məsh edilərsə, dəstəmaz batildir.Amma əgər (sonradan) şəkk edə ki, məsh edərkən barmaqlarının başından məsh edib ya yox, məsələni bildiyi və barmaqların başından məsh etdiyinə ehtimal edərsə, dəstəmazı səhihdir.

Baş və ayaqların məshi gərək əllərin içində dəstəmazın suyundan qalan rütubətlə olsun. Rütubət qalmazsa başqa su ilə əlini isladıb məsh edə bilməz, Bu halda gərək əlini saqqal ya qaşda qalan rütubətlə isladıb məsh etsin. (Vacib) ehtiyata əsasən başın məshi sağ əl ilə olmalıdır, amma yuxarıdan aşağı istiqamətdə çəkilməsi lazım deyil.

Dəstəmaz alarkən dəstəmaz niyyətilə krantı açıb bağlamağın işkalı yoxdur və dəstəmaza qüsur gətirmir, amma əgər sol əli yuduqdan sonra və onunla məsh etdikdən öncə əlini krantın üstünə qoymaqla əlindəki dəstəmaz suyu krantın üstündəki su ilə qarışsa, o su ilə qarışmış rütubətlə məsh etmək işkallıdır.

Ayaqların məshi (başın məshi kimi) əllərin içində dəstəmaz suyundan qalmış rütubətlə olması şərt olduğu üçün, gərək başa məsh edərkən əli alnına dəyməsin və üzün yaşı ilə qarışmasın ki, ayağı məsh edərkən əlin içinin rütubəti ilə olsun.

Məsh edərkən əli başa ya ayağa çəkmək lazımdır; əgər əli sabit saxlayıb, başı ya ayağı ona çəkərsə, məsh batildir.

Məshin yeri gərək quru olsun, ya o qədər yaş olmasın ki, əlin içinin rütubəti ona təsir etməsin.
Əgər ayağın üstündə bir neçə damcı su ola, məsh etmək üçün onu qurutmaq lazımdı; belə ki, məsh edərkən əlin rütubəti onda təsir qoysun, əksinə olmasın.

Ayağın üstü nəcis olduqda onu suya çəkmək mümkün olmadıqda gərək təyəmmüm etsin.

Əgər bir şəxsdən ardıcıllıqla yel xaric ola, belə ki, dəstəmazını namazın sonunadək saxlaya bilməyə və namaz əsnasında da dəstəmaz almaq ona çox çətin ola, hər bir dəstəmazla bir namaz qılsın, yəni hər namaz üçün bir dəstəmaz alsın və o dəstəmazla namaz qılsın, (namazı səhihdir) hərçənd namaz əsnasında onun dəstəmazı batil ola.

Dəstəmazın alınma keyfiyyətində kişi və qadın arasında fərq yoxdur.Təkcə müstəhəbdir dəstəmaz alarkənkişilər suyu dirsəyin çöl hissəsindən, qadınlar içəri hissəsindən töksün.

Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır.

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930