Üzərində Allahın adı yazılmış üzük və boyunbağıdan istifadə etmək olarmı?
Mьəllif: admin1
Tarix: 9-02-2018, 10:52
Üzərində Allahın adı yazılmış üzük və boyunbağıdan istifadə etmək olarmı?
Müqəddəs İslam şəriətində paklığ və təmizlik anlayışları tam fərqli bir şeydir. Təmizlik bildiyimiz təmizlik, çirkin olmaması mənasındadır. Paklığ isə təmizliklə bərabər bir mənəvi halın olmasıdır ki, bu yalnız Allahın şəriətdə buyurduğu göstərişlərlə əldə edilir.

Paklığ həm cismə, həm də mənəviyyata aid edilir. Mənəvi paklığ nəfsin təmizliyinə, cismi paklığ isə murdarın olmamasına deyilir.

Qüsl və dəstəmaz almaq da bir növ paklığdır ki, çimmək və yuyunmaqdan tam fərqli bir şeydir. Düzdür qüsl və dəstəməzda da yuyunmaq vardır və bu yuyunmaqla bədən təmiz olur. Lakin bu iki əməldə bir ilahi göstəriş də vardır ki, bu göstəriş və tərtibə (uyğunluğa) əməl etməklə insanda cismi və mənəvi paklığ hasil olur. Bu paklığ hasil olduğdan sonra insana Allah qarşısında ibadətə, Qurana və Allahın adına toxunmağa icazə vardır.

Sual:

Üzərində Allahın adı və ya Quran yazısı olan üzük və boyunbağı taxmaq olarmı?

Bunlarla ayaqyoluna getmək olarmı?

Cavab:

Əgər ehtiramsızlıq hesab olunmazsa və dəstəmasız toxunulmazsa işkalı (eybi) yoxdur!

(Ayətullah Xomeyni, Sistani, Safi, Behcət, Məkarim, Xamenei)

İzah:

Dəstəmazlı olduğun halda üzərində Allah kəlməsi və Quran ayəsi olan üzük və boyunbağı taxmağın maneəsi yodur.

Əgər ehtiramsızlıq hesab olunmazsa Allahın adı yazılmış yazı ilə və ya Quran yazısı ilə ayaqyoluna girməyin eybi yoxdur. Amma gərək ehtiramını gözləyəsən. Diqqət edəsən.

Həmçinin Allahın adına, yaxud Quran ayəsinə dəstəmazsız toxunmaq olmaz. Dəstəmazsız toxunmaq haramdır. Bu işi qəsdən görmək günahdır.

Ayətullah Xamenei:

(Camaatın nəzərində bir yazı Allahın adı kimi hesab olunursa ona dəstəmazsız toxunmaq haramdır.)
(İslaminSesi)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930