QADINLARIN DƏYƏRİ
Mьəllif: admin1
Tarix: 5-07-2020, 18:19
QADINLARIN DƏYƏRİ
İslamın ali dəyərli təlimlərində qadınlara yüksək məqamlar verilmişdir. İslami rəvayətlər onları tərifləmişdir.

İmam Sadiq (ə) buyurur: “Xeyir-bərəkətin əksəriyyəti qadınların vücudunda qoyulmuşdur.”

O Həzrət başqa bir hədisdə qadınları iki dəstəyə–yaxşı qadınlar və pis qadınlara ayırıb yaxşıların barəsində buyurur: “Bu qadınların dəyəri qızıl-gümüş, ləl-cəvahiratdan daha da üstündür, heç bir qiymətli daş-qaşın onların müqabilində dəyəri yoxdur.”

Rəsuli-Əkrəm (s) buyurur: “Bu dünya bir mətaha bənzəyər ki, onların da ən yaxşısı xoşxasiyyətli qadınlardır.”

Bu kəlamlar qadınların yüksək dəyərlərinə işarə edib onların varlıqlarını xeyir-bərəkət mənbəyi, bu dünyanın ən yaxşı mətahı, onların mənəvi dəyərlərini bütün qiymətli şeylərdən üstün hesab edir.

(İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI)

Hacı Rasim Məmmədov

Ahlibeyt.ge 
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930