AİLƏDƏ MƏİŞƏTİN, RİFAHIN YÜKSƏLDİLMƏSİ
Mьəllif: admin1
Tarix: 26-06-2021, 23:50
AİLƏDƏ MƏİŞƏTİN, RİFAHIN YÜKSƏLDİLMƏSİ
İslam hədislərində ailənin rifahı rahatlığı və firavanlığı yolunda göstərilən səylərə son dərəcədə böyük qiymət verilməklə bu əməl üçün böyük axirət savabı da nəzərdə tutulmuşdur ki, sizin diqqətinizi bu barədə olan hədislərə yönəldirik.

İmam Sadiq (ə) buyurur: “Ailəsinin rahatlığı və rifahını təmin etmək yolunda səy edən bir şəxs Allah yolunda din düşmənləri ilə cihad edən şəxs kimidir.”

Rəsuli-Əkrəm (s) buyurur: “Hər kəs halal yolla özünün və ailəsinin ruzisini təmin etmək üçün çalışsa, onun savabı Allah yolunda cihad edən şəxslərin savabı kimidir.”

Bu hədislərin hamısı göstərir ki, kişilərin öz ailələrinin səadətli, xoşbəxt yaşayışını təmin etmək, həyat rifahının yüksəldilməsi yolundakı göstərdiyi səy və fəaliyyətlər Allahın ən çox əhəmiyyət verdiyi məsələlərdəndir və Allah onun üçün ən yüksək mükafatı nəzərdə tutmuşdur.

Bunun özü də ailənin malik olduğu dəyəri çatdırır.

Peyğəmbər (s) və onun ardıcıllarının tutduqları yol ailə üzvlərinə yaxşılıq və ehsan əsasında olmuşdur.

Əlbəttə, imkansızlıq surətində övlada və həyat yoldaşına vacibdir ki, ailə başçısının imkanlarını nəzərə alsınlar onun şəxsiyyətini təhqir etməsinlər.

(İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI)

Hacı Rasim Məmmədov

Ahlibeyt.ge 
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930