QADINLARIN MADDİ HÜQUQLARI VƏ ZƏRURİ XƏRCLƏRİ
Mьəllif: admin1
Tarix: 2-05-2023, 14:47
QADINLARIN MADDİ HÜQUQLARI VƏ ZƏRURİ XƏRCLƏRİ
Qadının xərcləri iki cür təsəvvür oluna bilər: vacibi (nəfəqə) və müstəhəb xərclər. Qadının vacib xərclərinin təmin edilməsində kişi ciddi məsuliyyət daşıyır və onları yerinə yetirməlidir. Onlar aşağıdakılardan ibarətdir:

Qadın üçün münasib mənzil tapmaq,

Yemək və geyimlə təmin etmək;

Əgər ər evində irsi olmayan müəyyən xəstəliklər yaranarsa, bu halda onun müalicə xərclərini təmin etmək;

Qadının abır-heysiyyətini qoruyub saxlamaq, onun şanına münasib olan həyat avadanlıqlarını hazırlamaq.

Amma əxlaqi cəhətdən kişilərin vəzifəsi budur ki, imkan daxilində öz ailəsinə qarşı məhəbbət göstərsin, onların rifahını yüksəltsin. İndi sizin diqqətinizi bu barədə olan bir neçə hədisə yönəldirik.

İmam Rza (ə) buyurur: “ Yaxşı olar ki, kişi imkan daxilində öz əhli-əyalının rifahını yaxşılaşdırsın ki, ailə üzvləri onun ölümünü arzulamasınlar.”

İmam Səccad (ə) buyurur: “Allah yanında sizin ən sevimli və əziziniz o kəsdir ki, öz əhli-əyalına daha çox yaxşılıq etsin, onların rifahını yüksəltsin.”

İmam Rza (ə) buyurur: “Maddi imkanlara malik olan bir şəxsə vacibdir ki, öz ailəsinin məişətini daha yaxşı və firavan etsin.”

Rəsuli-Əkrəm (s) buyurur: “Mömin o kəsdir ki, yemək barəsində öz ailəsinin istəklərini təmin etsin və onların istəklərinə uyğun hərəkət etsin. Amma münafiq o kəsdir ki, öz istəklərini ailə üzvlərinə qəbul etdirsin və öz meylinə əsasən rəftar etsin.”

İmam Səccad (ə) ailənin rifah səviyyəsini yüksəltməyin mühümlüyü barəsində buyurur: “Əgər mənim bir qədər pulum olsa və o pulla ət alıb ehtiyaclı ailəmə aparsam, həmin pulla Allah yolunda qul alıb azad etməkdən daha yaxşıdır”.

Bu hədislər göstərir ki, ailə üzvlərinə ehsan etmək, onların həyat və məişətinin, rifahının yüksəldilməsi yolunda çalışmaq Allah dərgahında və imamların nəzərində ən yaxşı əməllərdən sayılır.

Bu işin mükafatı hətta Allah yolunda qul azad etməkdən belə fəzilətlidir. Bu səciyyəvi sifət iman əlaməti, ona malik olmamaq isə münafiqlik və imanın zəifliyi əlamətidir.

Bu sifətin zahiri təsirlərindən və gözəl nəticələrindən biri də budur ki, Allah belə kəslərə Öz nemətini bol və firavan edər, belə ailələr tam mehribanlıqda, səfa-səmimiyyətdə, aramlıqla yaşayarlar.

HƏDİSLƏRDƏ QADININ ZƏRURİ XƏRCLƏRİ

Bu fəsildə işarə etdiyimiz rəvayətlər qadınların kişilər barəsində müstəhəb haqlarını çatdırırdı. İndi isə qadınların zəruri haqlarını çatdıran bir neçə rəvayəti qeyd edirik.

Rəsuli-Əkrəm (s) qadınların kişilər üzərində olan ən zəruri halqları barəsində buyurur: “Ərin vəzifəsi budur ki, həyat yoldaşının aclığını aradan qaldırsın, onun bədənini örtsün, üzünü ona turşutmaqdan çəkinsin.”

Yunis ibn Əmmar İmam Sadiqi (ə) sevənlərdən biri idi. O deyir: Həzrət İmam Sadiq (ə) öz oğlu İsmailin kənizini mənə ərə verib buyurdu: “Ona ehtiram et və onun barəsində yaxşılıq et.”

Soruşdum: “Yəbnə Rəsulillah, onun barəsində necə yaxşılıq edim?”

Həzrət buyurdu: “Onun qarnını doyur, bədənini ört, günahlarını güzəştə get, bağışla.”

Məazın arvadı bir gün Rəsuli-Əkrəmin (s) yanına gəlib qadınların ən zəruri hüquqları barəsində soruşdu.

Həzrət (s) buyurdu: “Öz yediyi yeməklərdən arvadına da versin. Özünün geydiyi paltarlara münasib olanları arvadına da alsın, həmçinin onun atifi və cinsi hüquqlarını da unutmasın.”

Bu hədislərdə qadının ən zəruri hüquqları, o cümlədərn, ailə ocağında ədalətə riayət olunması tövsiyə olunaraq kişiyə xatırladılır ki, məbada təkcə öz şəxsi ehtiyaclarının təmin olunması barədə fikirləşib, ailə üzvlərinin istəklərini unutsun.

(İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI)

Hacı Rasim Məmmədov

Ahlibeyt.ge 

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930