Həzrəti Əlidən (ə) xalqın malına göz dikənlərə ibrət dərsi
Mьəllif: admin1
Tarix: 1-04-2024, 12:45
Həzrəti Əlidən (ə) xalqın malına göz dikənlərə ibrət dərsi
Həzrəti Əli (ə) bir kamil insan nümuəsidir. Hər kəs onu bir cür tanıyır, hər kəs onu öz baxış prizmasında dəyərləndirməyə çalışır.

O Həzrət (ə) kamil insandır və kamil obraz da insanlığı bütün kriteriyalarda (sahələrdə) təmsil edir. Yəni o Həzrət bir aynadır ki, hər həs axtardığını orda tapa bilir.

Alim, aşiq, filosof, rəhbər, sərkərdə, qazı, insanlığa aid hansı keyfiyyəti axtarsan, onu ən üstün şəkildə Əlidə (ə) taparsan. Bu da kamilliyin əsəs göstəricisidir.

Mərhum Mürtəza Mutəhhəri həzrət Əlini (ə) cazibə və dafiədə misli olmayan biri kimi təqdim edir. Bu iki qüvvə çox insanlarda olur, amma onların hər ikisinə eyni zamanda sahib olmaq, həm də yüksək səviyyədə sahib olmaq hər kəsə müəssər olmur.

Hz. Əlini (ə) sevənlər misilsiz sevir, düşmən olanlar qəhrindən partlayacaq qədər düşmənçilik edir. Bu eşq və düşmənçiliyə səbəb olan əsas xislətlərdən biri Hz. Əli ədalətidir. O Həzrət əsl ədalət simvoludur. O qədər ədalətlidir ki, hətta yaxınları belə bu ədalətə tab gətirə bilmir.

Tarixi mənbələrin birində deyilir: Abdullah ibn Zəmətə adlı səhabə İmamın (ə) xilafəti dövründə o həzrətin (ə) yanına gəlir və büdcədən bir miqdar pul istəyir. İmam (ə) onun bu istəyinə cavab olaraq əli ilə işarə edir və deyir:

“Həmən dediyin bu mal nə mənə məxsusdur, nə də ki sənə!

O müsəlmanların qənimətidir (haqqıdır)!

Bu onların qılıncının hesabına toplanmış maldır.

Əgər onlarla birgə döyüşlərdə iştirak etmisənsə sənə düşən payı alacaqsan. Bu onların əlinin məhsuludur. Bu haqq başqalarının ağzı üçün (hazır) loxma deyil! (Nəhcul-bəlağə)


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930