Hz. Əli (ə) ədalətini əks etdirən tarixi rəftarı – Qardaşı Əqilin etirazına cavab
Mьəllif: admin1
Tarix: 23-04-2022, 11:45
Hz. Əli (ə) ədalətini əks etdirən tarixi rəftarı – Qardaşı Əqilin etirazına cavab
Həzrəti Əli (ə) bir kamil insan nümuəsidir. Hər kəs onu bir cür tanıyır, hər kəs öz baxış prizmasında dəyərləndirməyə çalışır.

O Həzrət (ə) kamil insandır və kamil obraz da insanlığı bütün kriteriyalarda (sahələrdə) təmsil edir. Yəni o Həzrət bir aynadır ki, hər həs axtardığını orda tapa bilir. Alim, aşiq, filosof, rəhbər, sərkərdə, qazı, insanlığa aid hansı keyfiyyəti axtarsan, onu ən üstün şəkildə Əlidə (ə) taparsan. Bu da kamilliyin əsəs göstəricisidir.

Mərhum Mürtəza Mutəhhəri həzrət Əlini (ə) cazibə və dafiədə misli olmayan biri kimi təqdim edir. Bu iki qüvvə çox insanlarda olur, amma onların hər ikisinə sahib olmaq, həm də yüksək səviyyədə sahib olmaq hər kəsdə olmur.

Hz. Əlini (ə) sevənlər misilsiz sevir, düşmən olanlar qəhrindən partlayacaq qədər düşmənçilik edir. Bu eşq və düşmənçiliyə səbəb olan əsas xislətlərdən biri Hz. Əli ədalətidir. O Həzrət əsl ədalət simvoludur. O qədər ədalətlidir ki, hətta yaxınları belə bu ədalətə tab gətirə bilmir.

Bəli, Hz. Əli cazibəsi və sevgisinə sahib olmaq üçün ilk növbədə onun (ə) ədaləti ilə barışmalısan!

Tarixdə qeyd olunur ki, İmam Əli (ə) xəlifəliyinin ilk günlərində minbərə çıxıb Allaha həmd və sənadan sonra camaata belə müraciət etdi:

“Allaha and olsun ki, sizin qənimətlərinizdən bir dirhəm belə mənimsəməmişəm!

Mənim bu Mədinədəki tək sərvətim bir xurma ağacımdır. Elə isə təsdiq edin!

Əgər belə deyilsə o bir ağacdan da özümü məhrum edib, onu sizə verəcəm!”

Bu zaman imamın (ə) qardaşı Əqil qyağa qalxıb dedi:

And olsun Allaha! Sən məni mədinəli qara bir şəxslə bir tutursan?!

İmam (ə):

"Otur yerinə! Burda səndən başqa bir şəxs yoxdur ki, danışsın?!

Sənin o, qara dərilidən nə kimi üstünlüyün var?

Yoxsa iman, təqva və ya savabda ondan üstnsən?!

Tək üstünlüyün ondan əvvəl İslamı qəbul etməndir!

Əsl üstünlük iman, təqva, axirət üstünlüyüdür!”


(Numuneye-məarif 3/171) (Vafi 3/60)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930