İmam Əlinin (ə) xəyanət edən məmura verdiyi görünməmiş cəza növü
Mьəllif: admin1
Tarix: 1-04-2024, 15:42
İmam Əlinin (ə) xəyanət edən məmura verdiyi görünməmiş cəza növü
Həzrəti Əlini (ə) hər kəs bir cür tanıyır. Yəni hər kəs Onu öz baxış prizmasında dəyərləndirməyə çalışır. Çünki O Həzrət (ə) kamil insan idi. Kamil obraz da insanlığı bütün kriteriyalarda (sahələrdə) təmsil edir.

Yəni o Həzrət bir aynadır ki, hər kəs axtardığını orda tapa bilir. Alim, aşiq, filosof, rəhbər, sərkərdə, qazı, insanlığa aid hansı keyfiyyəti axtarsan, onu ən üstün şəkildə Əlidə (ə) taparsan. Bu da kamilliyin göstəricisidir.

O Həzrətin xilafəti vaxtında xəbər çatdırırlar ki, Əhvaz bazarına təyin etdiyi cavabdeh şəxs xəyanət edir. Bunu eşidən İmam (ə) o şəhərin baş məmuruna belə yazdı: - Eləki məktubumu oxudun bazar məmuru İbn Hərməni bazar nəzarətindən uzaqlaşdır.

Onu zindana at, onun abırını apar! Əhvazın ətraf bölgələrinə də yaz ki, mən Əli onun üçün belə bir aqibət qərar verdim. Məbadə onun cəzasını verməkdə qəflət edəsən yaxud zəiflik edəsən. Yoxsa Allah yanında xar olarsan. Yoxsa ən pis halda mən səni işdən kənar edəcəm. Allah bunu göstərməsın.

Eləki cümə gününə yetışdiniz onu zindandan çıxart və ona 35 şallaq vur. Onu bazara apar. Kimsə təsdiq edə ki, İbn Hərmə ondan bir şey alıb, o zaman o kəsə and içdir. Sonra həmin miqdarı İbn Hərmənin malından götürüb o kəsə qaytarın.

Bir daha İbn Hərməni xar, başı aşağı, abırını apararaq zindana qaytarın. Ayaqlarına zəncir vurun, yalnız namaz üçün onu buraxın. Əgər bir kəs onun üçün yeyəcək, içəcək, geyim kimi şeylər gətirərsə, o şeyləri ona çatdırın.

Gecələr dustaqları açın ki, bir az dincəlsinlər. İbn-Hərmədən başqa. Əgər ölməyindən qorxsan onu həyətə çıxart. Görsən ki, qamçı yeməyə taqəti var 30 gün hər gün 35 qamçı vur.

Sonra mənə yaz görüm bazar barəsində nə etdin, nəzarəti kimə tapşırdın. Bu xaindən sonra kimi seçdin. Bu arada İbn Hərmənin haqqını da kəs (beytul maldan). (Dəaimul-islam cild-2, səh-533)

Həqiqətən Həzrəti Əli (ə) görünməmiş bir ədalət və elm sahibidir. Onun elmi ilahi vəhy nurundan ilham alır. Hər kəsdə bu nurdan bir parça olsa yer üzündə zülm olmaz.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930