“Ya Əli (ə) mənə tövsiyə ver!” - deyən şəxsə heyrətamiz nəsihət
Mьəllif: admin1
Tarix: 3-04-2018, 22:52
“Ya Əli (ə) mənə tövsiyə ver!” - deyən şəxsə heyrətamiz nəsihət
Həzrət Əli (ə) tarixin misli görünməmiş bir şəxsiyyətidir. Hər kəs axtardığı bütün müsbət xüsusiyyətləri o Həzrətdə (ə) müşahidə edə bilir.

Yəni hər kəs Ona öz baxış prizmasından baxdıqda, görmək istədiyini görə bilir. Çünki o Həzrət (ə) kamil insan idi. Kamil obraz da insanlığı bütün kriteriyalarda (sahələrdə) təmsil edir.

Yəni o Həzrət bir aynadır ki, hər həs axtardığını onda tapa bilir. Alim, arif, aşiq, filosof, rəhbər, sərkərdə, qazı, insanlığa aid hansı keyfiyyəti axtarsan, onu ən üstün şəkildə Əlidə (ə) taparsan. Çünki o Həzrət (ə) elmini Allahdan almış kamil bir insan nümunəsidir.

Nouf adlı bir şəxs deyir möminlərin əmiri (ə) Kufə məscidinin qarşısında idi. O Həzrətə (ə) yaxınlaşıb salam verdim və dedim:

-Ey Əmirəl-möminin mənə nəsihət et!

Buyurdu: -“Allahın salamı və bərəkəti olsun sənə ey Nouf!

Gözəl şəkildə davran ki, səninlə də gözəl şəkildə davransınlar.”

Nouf: -Əlavə et, ey möminlərin əmiri!

İmam (ə): -Rəhm et ki, rəhm olunasan ey Nouf!

Nouf: -Əlavə et, ey möminlərin əmiri!

İmam (ə): -Xeyirli sözlər danış ki, xeyirlə yad ediləsən ey Nouf!

Nouf: -Əlavə et, ey möminlərin əmiri!

İmam (ə): -Qeybətdən çəkin ey Nouf! Həqiqətən qeybət edən cəhənnəm itlərinin yağlı tikəsidir.

Ey Nouf! İnsan özünün halaldan dünyaya gəldiyini güman edir, halbuki qeybətlə insanların ətini yeyir!

İnsan özünün halaldan dünyaya gəldiyini güman edir halbuki, məni və mənim övladlarım olan imamları (Allahın höccətlərini) qəzəbləndirir!

İnsan özünün halaldan dünyaya gəldiyini güman edir halbuki o, zina etməyi sevir!

İnsan Allahı tanıdığını güman edir, halbuki o, gecə-gündüz günah etməyə cürət edir!

Qohumları ziyarət et ki, Allah ömrünü artırsın!

Əxlaqını gözəlləşdir ki, Allah hesabını yüngül etsin!

Sənin xoşbəxtliyin qiyamət günü mənimlə birgə olmağındər, heç vaxt zalimlərə dəstəkçi olma!

Ey Nuof, bizi sevən qiyamətdə bizimlə birgə olar!

Ey Nouf, əgər bir kişi bir daşı belə sevsə, Allah qiyamətdə onu o daşla birgə edər.

Ey Nouf, insanlar üçün bəzəkli görsənməkdən çəkin! Sən bununla Allahla mübarizə aparmış olarsan. Allah da görüş (qiyamət) günü səni rüsvay edər!

Ey Nouf, dediklərimi hifz et! Sən bununla dünya və axirət xeyrinə nail (müvəffəq) olarsan. (Şeyx Səduq- Əmali)


(İslaminSesi)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031