Sükut – fərasətin əlaməti və ağlın meyvəsidir
Mьəllif: admin1
Tarix: 5-12-2020, 10:49
Sükut – fərasətin əlaməti və ağlın meyvəsidir
Allahın Peyğəmbərinin (s) Əbuzərə nəsihətindən: «Dörd şey var ki, mömindən başqa heç kimin ona əli çatmaz: ... ibadətin başlanğıcı olan sükut».

İmam Əli (ə) buyurub: «Sükut – fərasətin əlaməti və ağlın meyvəsidir».

İmam Əli (ə) möminin vəsfində buyurub: «Sakit qalmağı çoxdur və vaxtı tamamilə (Allah və axirət işlərinə, düşüncələrinə) sərf olunar».

İmam Sadiq (ə) buyurur: “Mömin bəndə o zamana qədər ki, sükut edər, yaxşılardan hesab olunar. Nə zaman ağzını açsa, ya yaxşı əməl sahibidir, ya da pis”.

Sükutun səmərələrinə diqqət edək.

Allahın Peyğəmbəri (s) buyurub: «Çox susmağı sənə tövsiyə edirəm. Çünki bu, şeytanın qovulmasının səbəbi və din işlərində sənin yavərindir».

İmam Əli (ə) buyurub: «Daim sükut etməyi seç ki, onun ən az faydası – salamat qalmağındır».

Yenə İmam Əli (ə) buyurub: «Sükut – təfəkkürün bağıdır».

Hikmətli sükutun təsvirində İmam Həsən (ə) buyurub: «Sakit insan çox heybətlidir».

Başqa yerdə İmam Həsən (ə) buyurub: «Hərçənd gözəl natiq olsan da, çox vaxt susmaq necə də yaxşı köməkçidir».

Sükutun faydaları ilə bağlı İmam Rza (ə) buyurub: «Sükut – hikmət qapılarından biridir. Sükut məhəbbət gətirər, sükut insana hər bir xeyrin və yaxşılığın yolunu göstərər».



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930