Yeməyini satıb ac qalmalı olsan belə hər cümə qüsl et!
Mьəllif: admin1
Tarix: 25-03-2022, 10:37
Yeməyini satıb ac qalmalı olsan belə hər cümə qüsl et!
“And olsun şəhadət verənə və şəhadət verilənə.”[1]

İmam Sadiq (ə) (həmin ayənin təfsirindən) buyurub: “Şəhadət verən cümə günü, şəhadət verilən isə Ərəfə günüdür.”[2]

Həzrət Məhəmməd (s) buyurub: “Cümə günü günlərin ağasıdır və o Allah-taalanın yanında Qurban və Fitr günündən də hörmətlidir.”[3]

İmam Əli (ə) buyurub: “Hər cümə günü öz ailə üzvlərinizə bir az təzə meyvə nübar edin ki, cümənin gəlməsindən sevinsinlər.”[4]

İmam Baqir (ə) buyurub: “Həm xeyir, həm də şər cümə günü ikiqat artar.”[5]

İmam Baqir (ə) buyurub: “Cümə günü sədəqənin savabı ikiqat artar. Çünki, cümə günü digər günlərdən üstündür.”[6]

Həzrət Məhəmməd (s) buyurub: “Ey Əli! İnsanlar hər yeddi gündən bir özlərini yumalıdır. Buna görə də, hətta onun suyunu tədarük görmək üçün gününün yeməyini satıb ac qalmalı olsan belə hər cümə qüsl et! Çünki, Cümə qüslundan üstün olan bir müstəhəb əməl yoxdur.”[7]

İmam Sadiq (ə) buyurub: “Cümə qüslu insan paklığı və həftəlik günahlarının kəffarəsidir.” [8]

Qeyd: Cümə qüslunu, Cümə günü, gün çıxandan gün batana qədər etmək olar amma fəzilətli vaxtı gün çıxandan zöhr namazı vaxtına qədərdir.



www.ahliman.info
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930