İmam Əlinin (ə) qocaya, orta yaşlıya və gəncə nəsihəti
Mьəllif: admin1
Tarix: 5-12-2020, 10:54
İmam Əlinin (ə) qocaya, orta yaşlıya və gəncə nəsihəti
Hər bir yaş dövrü insanın fiziki və psixoloji durumunda ona uyğun təsirlər buraxır. Gənclər daha aktiv olduğu kimi elmi, dini məsələlərdə da aktivlik göstərməlidirlər.

Onlar bu yaşda müxtəlif elmi, dini, ictimai və siyasi məsələlərdə fikir mübadiləsi aparmalı düşüncələrini çiçəkləndirmlidirlər.

Orta yaşlılar və qocalar da öz dövrünə münasib olan təfəkkür və sükut məziyyətindən (digər əxlaqi xüsusiyyətlərlə müqayisədə) daha çox yararlanmalıdırlar.

İmam Əli buyurub:

“Gəncləri mübahisə və mücadiləyə, orta yaşlıları təfəkkürə, qocaları isə sükuta çağırın”. (Şərhi-Nəhcul-Bəlağə cild-20, səh-285)

Qocaların sükuta çağırılması o demək deyil ki, onlar baş verən hadisələr və proseslər zamanı sakit durub mövqe bildirməyəcəklər. Əksinə, onlar bu məsələlərdə gənclərə və orta yaşlılara örnək olmalıdırlar.

Yuxarıdakı hədis demək istəyir ki, mübahisələr və münaqişələr zamanı gəncin mücadiləsi (Quran bildirdiyi kimi əhsən yolla olan mücadilə) fayda verərsə, həmin anda orta yaşlının təfəkkürünün məhsulu və qocanın sükut, vüqar və təmkinliyi daha çox nəticəbəxş olar.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930