Sükut etmək və danışmamaq fitnəyə yardımdır!
Mьəllif: admin1
Tarix: 14-09-2015, 16:42
Sükut etmək və danışmamaq fitnəyə yardımdır!

"Fitnəkar heç zaman və heç bir yolla səndən istifadə edə bilməsin!" - Ayətullah Xamenei.

Bəziləri fitnə şəraitində "Fitnədə köşək kimi ol; nə minməyə beli, nə sağmağa südü var" cümləsini səhv anlayırlar. Elə bilirlər ki, bunun mənası fitnə yarananda və vəziyyət qarışanda kənara çəkilməkdir. Bu cümlədə ümumiyyətlə kənara çəkilməkdən söhbət getmir. Bunun mənası odur ki, fitnəkar heç zaman və heç bir yolla səndən istifadə edə bilməsin; "nə minməyə beli, nə sağmağa südü var". Nə minə bilsinlər, nə də sağa bilsinlər; ehtiyatlı olmaq lazımdır. Siffeyn döyüşündə cənab Əmmar Yasir qoşunun o tərəf-bu tərəfində daim müxtəlif qruplarla söhbət edir; çünki orada həqiqətən fitnə vardı, iki müsəlman qoşun bir-birinin qarşısında dayanmışdı. Böyük bir fitnə vardı və bir qrup adam çaş-baş qalmışdı. Əmmar daim aydınlatmaq işi ilə məşğul idi; o tərəf-bu tərəfə gedib müxtəlif qruplar üçün söhbətlər edirdi. Bunlar qeyd olunub və hamısı tarixdə var. Digər tərəfdən də Abdullah ibn Məsudun səhabələrindən olan bir qrup həzrətin yanına gəlib deyir: "Ey Əmirəlmöminin - yəni möminlərin əmiri olmasını qəbul edirdilər - biz bu döyüşdə şübhəyə düşmüşük. Biz çaş-baş qalmışıq. Bizi sərhədlərə göndər, bu döyüşə qatılmayaq." Bu kənara çəkilmənin özü də sağılmadır, minilmədir. Bəzən sükut etmək, kənara çəkilmək, danışmamaq fitnəyə kömək edir. Fitnədə hamı aydınlatma işi görməlidir. Hamının ayıqlığı olmalıdır.

Ayətullah Xamenei

nardaranpiri.com
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930