Dil nemətindən düzgün istifadə edək. Sükutun 12 faydası
Mьəllif: admin1
Tarix: 30-01-2023, 13:12
Dil nemətindən düzgün istifadə edək. Sükutun 12 faydası

Dil neməti müsbət və mənfi tərəflərə malikdir. Dil neməti Allah tərəfindən bizə ona görə verilmişdir ki, zəruri və faydalı olan zaman onu işə salaq.

Danışmaq – ən üstün ibadət və ən çirkin günah ola bilər. İmam Əli (ə) buyurur: “Allah yanında insan bədəninin əzalarının etdiyi ibadət arasında danışmaq qədər az zəhmətli, eyni zamanda ən dəyərli ibadət yoxdur. Əlbəttə o zaman ki, kəlam – Allah rizası, rəhməti bəyan etmək və nemətlərini yaymaq qəsdi ilə deyilmiş olsun.

Çünki hər kəsə aşkardır ki, Allah Özü ilə peyğəmbərləri arasında sirləri kəşf etmək, həqiqətləri bəyan etmək və gizli elmləri şərh etmək üçün kəlamdan başqasını vasitə qərar verməmişdir. Vəhy və məfhumları dərk etmək, kəlam vasitəsilə həyata keçmişdir.

Necə ki, peyğəmbərlər və insanlar arasında da risalətini elan etmək üçün danışmaqdan savayı vasitə mövcud deyildir.

Buradan aydın olur ki, danışmaq – ən zərif ibadətdir. Həmçinin heç bir günah Allah yanında danışmaq kimi daha ağır, cəzaya daha yaxın və insanlar yanında çox narahat edən deyildir”.

Aqil insanın nişanələrindən biri budur ki, yersiz söz danışmasın. İmam Əli (ə) buyurur: “Danışın ki, tanınasınız. Çünki insan öz dilinin altında gizlənmişdir”.
Həzrət Əli (ə) başqa yerdə buyurur: “”İnsan öz dilinin altında gizlənmişdir”.

Əmirəl-möminin (ə) buyurur: “Aqilin dili qəlbinin arxasında yerləşir. Axmağın qəlbi dilinin arxasında yerləşir”.

Deməli, aqilin dili qəlbinin ardıcılıdır. Ancaq axmaq dilinin ardıcılıdır, ağzına nə gəlirsə, onu da deyir.

O zamana qədər ki, insan danışmaz – söz onun əsiri olar, ancaq o zaman ki, ağzını açıb söz deyər – insan onun ixtiyarında qərar tutar.

İmam Əli (ə) bu həqiqət haqqında belə buyurur: “Söz o zamana qədər ki, deməmisən – sənin ixtiyarındadır, ancaq elə ki, ağzından xaric oldu – sən onun ixtiyarındasan.

Ona görə də dilini qızıl və gümüş kimi saxla. Çünki o qədər olub ki, bir söz insandan böyük neməti alıbdır. Onun üçün bəla və dərdi-sər hazır edibdir”.

İnsanlar danışdıqları üçün çox zaman peşman olurlar, ancaq sükut edən insan heç vaxt peşman olmurlar. Loğman oğluna belə buyurur: “Əziz oğlum! O qədər olub ki, mən dediklərimə görə peşman olmuşam, ancaq sükut etdiyim üçün təəssüflənməmişəm”.

Həzrət Peyğəmbər (s) buyurur: “Möminin nicatı – dilini saxlamaqdadır”.

Həzrət Peyğəmbər (s) buyurur: “Əgər sağlam qalmaq istəyirsənsə, gərək sükut edəsən”.

İmam Sadiq (ə) bizlərə sükutun faydalarını bəyan etmişdir.

1. Sükut – dünya və axirətdə hər cür rahatlığın açarıdır.

2. Allahın razılığına səbəb olar.

3. Qiyamət günü insanın hesabının asan olmasına səbəb olar.

4. Xata və büdrəmələrdən amanda qalmaq vasitəsidir.

5. Cahil üçün pərdə, alim üçün zinətdir.

6. Nəfsani istəkləri qət etmək vasitəsidir.

7. Nəfsin islah vasitəsidir.

8. İbadətin və Allahla münacatın ləzzətini dərk etmək vasitəsidir.

9. Qəlbin qəsavətini aradan aparar.

10. Həya və təqva əldə etmək vasitəsidir.

11. Tədbirin, təfəkkürün, mərdliyin artma səbəbidir.

12. Düşüncə və dərrakəyə səbəb olar.

Sükutun bu 12 faydası ilə tanış olduqdan sonra özümüz qərar verək – sükut edək, yoxsa hər nə gəldi danışaq.
(İslami saytlara istinadən)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930