Aqilin dili ürəyinin arxasında olar
Mьəllif: admin1
Tarix: 7-08-2018, 09:27
Aqilin dili ürəyinin arxasında olar
İmam Əli (ə) buyurur: “Aqilin dili ürəyinin arxasında qərar tutar. Axmağın ürəyi dilinin arxasında yer tutar”.

Hədisin şərhi.

Aqil insan dilinə bir söz gətirmək istəyən zaman ilk öz qəlbinə və fikirlərinə müraciət edər. Həmin sözün yaxşı və pis olmasını ağılı ilə ölçüb-biçər. O zaman ki, sözün yaxşı olmasına əmin olar, onu dilinə gətirər.

Ona görə də aqil insanın qəlb və düşüncələri dilindən əvvəl işə düşər. Dilini ağlının arxasında saxlayar.

Ancaq axmaq insan əksinə rəftar edər. Yəni, dilinə gələn hər sözü ölçməmiş və düşünməmiş deyər. Söz başqalarında pis təsir qoyan zaman, birdən ayılar ki, sözü düzgün söz idi, yoxsa yanlış.

Yəni, axmağın birinci dili işə düşər və ölçülməmiş sözlər deyər. Ondan sonra qəlbinə və ağlına müraciət edər, dediyi sözün yaxşı və pis olmasını düşünər.

Ona görə də atalar deyir ki, düşünmədiyin sözü dilinə gətirmə.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930