Hər kim Allaha və axirətə imanı vardır – xeyir desin və ya sükut etsin
Mьəllif: admin1
Tarix: 17-01-2016, 11:00
Hər kim Allaha və axirətə imanı vardır – xeyir desin və ya sükut etsin
Dil elə bir üzvdür ki, insanı heyrətləndirir və kiçik olmasına baxmayaq, böyük meydanlar üçün yol açır. Savabı çoxdur, cəzası ağırdır. Sahibini sevindirə bilir və ya onu ürək yandıran atəşə salır. Misilsiz mühafizdir və həmçinin, misilsiz qatildir. Həm günahkar ola bilir, həm də yaxşı əməl sahibi.
Feyz Kaşani buyurur: “Dil – Allahın böyük nemətlərindən və haqqın heyrətləndirici lütfündəndir”. (Erfan)
Dilin özü kiçikdir, ancaq itaəti və günahı böyükdür. İnsan daxilində olan iman və ya küfrü ancaq dili ilə üzə çıxarda bilir. Dildə elə bir xasiyyət vardır ki, başqa üzvlərdə yoxdur. Göz ancaq rəngləri görür, qulaq ancaq səsləri eşidir, əl ancaq cisimlərə toxunur, başqa üzvlər də o cür, məhduddurlar. Ancaq dil bütün üzvlərin yerinə danışır, batindən və zahirdən, mələkdən və mələkutdan, haqdan və nahaqdan şəhadət verir. Xeyir meydanı məhdud, ziyanı daha genişdir. Hər kim dilinin yüyənini boş buraxar – şeytan (lən) onu hara istəsə çapar. İnsan dininin yardımı ilə dünya və axirəti üçün xeyirli sözlər danışa bilər.
Dil – şeytanın (lən) ən böyük silahıdır və şeytan bu yolla insanı yoldan azdıra bilir. İnsan çox danışaraq, yersiz və batil danışaraq, qeybət edərək, böhtan ataraq, insanların arasını vuraraq, düşmənçilik yaradaraq, söz gəzdirərək, şayiə yayaraq, ğina oxuyaraq, söyüş söyərək, yersiz zarafat edərək, istehza edərək, sirri ifşa edərək dünya və axirətini bada verər.
Ona görədir ki, Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, sükut edər, nicata çatar”.
Həzrət (s) başqa yerdə buyurur: “Hər kim dilini və şəhvətini qoruyacağını zəmanət edərsə, mən behişti onun üçün zamin olaram”.
Peyğəmbəri-Əkrəm (s) buyurur: “Hər kim özünü qarnının, şəhvətinin və dilinin ziyanından qoruyarsa, bəla və xatalardan qorunmuş olar”.
Həzrətə (s) sual verirlər ki, insanı ən çox behiştə daxil edən nədir? Buyurur: “İlahi təqva və gözəl əxlaq”. Soruşurlar ki, bəs insanı ən çox cəhənnəmə daxil edən nədir? Buyurur: “Dili və şəhvəti”.
Həzrət Peyğəmbər (s) buyurur: “Şübhəsiz ki, Adəm övladının ən çox xatası – onun dilindədir”.
Həzrət (s) buyurur: “Hər kim dilini saxlayarsa, Allah çirkinliklərini gizlədər. Hər kim qəzəbini qoruyarsa, Allah onu əzabdan saxlayar. Hər kim Allahdan üzr istəyərsə, Allah üzrünü qəbul edər”.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim Allaha və axirətə imanı vardır – xeyir desin və ya sükut etsin”.
Süleyman ibn Davud (ə) buyurur: “Əgər söz gümüşdürsə, sükut qızıldır”.
Bir ərəb Həzrət Peyğəmbərin (s) xidmətinə gəlir və deyir: “Məni elə bir əmələ hidayət et ki, o əməl məni behiştlik etsin”. Buyurur: “Ac olana yemək ver, susuzu sirab et, insanları bəyənilən işlərə vadar et, çirkin işlərdən çəkindir. Əgər bu işə qüdrətin yoxdursa, dilini xeyir deməkdən savayı saxla”.
Həzrət Peyğəmbər (s) buyurur: “Şübhəsiz ki, Allah hər bir danışanın dilinin yanındadır və ona görə də insan gərək hər dediyinə görə Allahdan çəkinsin”.
Həzrət (s) buyurur: “İnsanlar üç dəstədirlər: ğanəm, saləm, şacəb. Ğanəm – o kəsdir ki, Allahı yada salar və zikr fəzasında qərar tutar. Saləm – o kəsdir ki, sükut edər, şacəb – o kəsdir ki, batil sözlərdə və yersiz əməllərdə qərq olmuşdur”.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031