QIZ İRƏLİDİR, YOXSA OĞLAN?
Mьəllif: admin1
Tarix: 23-04-2020, 11:09
QIZ İRƏLİDİR, YOXSA OĞLAN?
Cahiliyyət dövründə ərəblər öz qızlarını öldürürdülər. Qıza sahib olmaq rüsvayçılıq sayılırdı.

Amma İslam dini bu cəfəngiyyat və vəhşiliyin puç ömrünü sona çatdırıb valideynlərə tövsiyə etdi ki, qızlarına ehtiram qoymaqda çalışsınlar, oğlanları qızlardan üstün hesab etməsinlər.

Hətta bəzi hallarda lazımdır kı, qızlara oğlanlardan daha artıq məhəbbət göstərsinlər. Çünki qızların ülvi hissləri, duyğuları yüksək səviyyədə olduğu üçün, oğlanlardan daha çox nəvazişə, məhəbbətə ehtyac duyurlar.

Bəzi hallarda isə çox tez inciyir, həssas olurlar. Bu cəhətdən də İslam dini onlara məhəbbət və nəvazişi tövsiyə edir.

Peyğəmbər (s) buyurur: “ Hər vaxt evə müəyyən töhfə və meyvə gətirsəniz, əvvəlcə qızlara və qadınlara verin. Çünki hər kəs bir qızı sevindirsə, sanki İsmail peyğəmbərin övladlarından olan bir qulu azad etmişdir.”

Bu fəsildən nəticə alırıq ki, övladlara məhəbbət göstərilməli və onların arasında fərq qoyulmamalıdır. Bəzi hallarda məhəbbət göstərilməkdə qızlar oğlanlardan irəli salınmalıdır. Indi burada bir hədis qeyd etməklə bəhsi sona çatdırırıq.

Əli ibn Hüseynə (ə) yeni doğulan övladları barəsində mujdə veriləndə, onun oğlan və ya qız olması barəsində əsla soruşmaz, ilk sualı bu olardı: “Sağlamdırmı?” Əgər sağlam olması barədə xəbər versəydilər deyərdi: “Həmd və şükür olsun Allaha ki, məndən eyibli övlad yaratmadı.”

Bu hədis övladlar arasında fərq və imtiyaz qoyulmamasını çatdırmaqdan əlavə bəyan edir ki, qız və oğlan arasında fərq yoxdur və habelə uşağın təbii və xilqət cəhətindən sağlam olmasını əsas məsələ kimi bəyan edir.

(İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI)

Hacı Rasim Məmmədov

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031