ÖVLADLAR ARASINDA ƏDALƏTƏ RİAYƏT ETMƏK
Mьəllif: admin1
Tarix: 27-03-2018, 11:03
ÖVLADLAR ARASINDA ƏDALƏTƏ RİAYƏT ETMƏK
Ata və ana öz övladları arasında heç bir səbəb olmadan fərq qoymamalı, onların arasında həsəd və kin icad etməməlidir.

Bütün övladların haqqı vardır ki, valideynlərin məhəbbət, ehtiram, nəvaziş və lütfündən faydalansınlar.

Bu ilahi qanundan kənara çıxmaq valideyn üçün ağır məsuliyyət gətirir, övladlar arasında ədavətə, düşmənçiliyə səbəb olur.

Peyğəmbər (s) buyurur: “Övladlarınızın arasında ədalətə riayət edin. Necə ki, lütf və yaxşılıq barəsində onların sizin aranızda ədalətə riayət etməsini istəyirsiniz.”

İmam Əli (ə) buyurur: “Peyğəmbər gördü ki, bir kişi oğlanlarından birini öpdü, digərini isə öpmədi.

Həzrət bu hadisədən qəzəbləndi və buyurdu: “Belə etmə! Bu ayrı-seçkilik salmağınla onların arasında düşmənçilik toxumu səpirsən.”

Əlbəttə, hər bir övladın gördüyü yaxşı işlər qarşısında təşəkkür edərək onları bu kimi işlərə həvəsləndirmək lazımdır. Amma heç bir səbəb olmadan birini digərindən üstün saymaq, məhəbbətdə onların arasında fərq qoymaq olmaz.


(İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI)

Hacı Rasim Məmmədov

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031