Allahın bizi sevib-sevmədiyini necə bilmək olar?
![]() Əvvala onu demək lazımdir ki Quran ayəsinə əsasən insanlar nə qədər üzr gətirsələr belə nə olduqlarını, hansı əməlin sahibi olduqlarını yaxşı bilirlər. Müxtəlif iddiaları kənara qoysaq belə “görəsən Allah bizi istəyirmi və biz onun bəyəndiyi bəndəyikmi?” sualı bəzi inanclı insanların zehninə belə gələ bilər. Biharul-Ənvar əsərində İmam Əlidən (ə) nəql edilən hədisdə bu məsələyə aydınlıq gətirilib. İmam buyurub: “Allahın yanında hansı yerə malik olduğunu bilmək istəyən şəxs, Allahın onun yanında hansı yerə malik olduğuna baxsın. İki iş arasında seçim qarşısında qalan hər bir insan axirət işini dünya işinə üstün tutsa Allahın sevdiyini etmişdir. Əgər bir insan dünyanın işini seçməli olsa, Allahın onun yanında bir yeri olmadığını bildirir”.islaminsesi.org\ Oxşar xəbərlər
|
|