Dindarlığın tək axirət deyil, dünya faydaları da var
Mьəllif: admin1
Tarix: 19-01-2016, 19:33
Dindarlığın tək axirət deyil, dünya faydaları da var
Bəziləri belə güman edir ki, dindarlıq ona ancaq axirətdə fayda verəcəkdir. Ancaq dindarlığın dünya səmərələrindən xəbərsizdirlər.
Baxmayaraq ki, Allahın buyurduqlarına əməl etdiklərimizin həqiqi siması axirətdə büruzə olunacaqdır, ancaq Allah Təala elə bu dünyada da möminlərinə inayətlər bəxş edir.
Şəhid Mütəhhəri bu ayə ilə bağlı buyurur: “Və (yada salın) o zaman(ı) ki, siz yer üzündə az idiniz və zəif sayılırdınız. Həmişə insanların (Qüreyşin və digər kafirlərin) sizi (bu torpaqda) aradan götürmələrindən qorxurdunuz. Allah, bəlkə şükür edəsiniz deyə, sizə yer verdi, sizi Öz köməyi ilə gücləndirdi və (dünya nemətlərinin) paklar(ın)dan sizə ruzi verdi”. (“Ənfal” 26).
Qurani-Kərim müsəlmanlara və möminlərə başa salmaq istəyir ki, imana malik olmaq və həqiqi müsəlman olmaq hansı yaxşı nəticələr gətirər. Bu nəticələri ancaq axirətə adi etmir”.
Bu ayəyə əsasən deyə bilərik ki, dindar dünyada hansı bərəkətlərə malik olur:
- Müsəlmanların vəziyyəti keçmişlərinə görə daha yaxşı olur. Allah sizə pənah verir və indi müsəlman olduğunuz üçün sizdən hesab çəkiləcəkdir.
- Allah sizə yardım edər. İslam və imanın bərəkəti ilə saylarınız artar.
- Məhrum olduğunuz pak nemətlərdən bəhrlənərsiniz.
Allah bu dünyanı səbəbsiz yerə yaratmamışdır. Hər bir işinin bir səbəbi vardır. Möminlərə dünyada yardım etmək də səbəbsiz deyildir. Allahın əsl hədəfi – bəndəsinin Ona diqqət etməsi və Ona şükür etməsidir.
Yəni, bəndə Allahın haqqını tanısın və bəndənin etdiyi hər bir ibadətin haqqı vardır. Allah bəndəsinin əcrini zay etməz. Əgər bəndə şakir olmaq istəyirsə, gərək Allahın nemətlərinin qədrini bilsin. Yəni, Allahın verdiyi nemətləri hədəfinə görə istifadə etsin. Ağlını elm yolunda, əzalarını ibadət yolunda istifadə etsin.

/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031