Həqiqi bəndə o kəsdir ki, özünü malik bilməsin
Mьəllif: admin1
Tarix: 30-08-2022, 21:40
Həqiqi bəndə o kəsdir ki, özünü malik bilməsin
Bizlərdən bir çoxu çətinliklə üzləşən zaman öz-özümüzə deyərik: "Heç nəyimiz olmasa da Allahımız ki, var, Allah bizi tək qoymaz”.

Bəzilərimiz isə probelmlə üzləşən zaman o qədər səbirsizlik edirik ki, başqalarının əsəblərini də pozuruq. Lakin əgər həqiqətən Allaha pənah aparırıqsa, gərək bunu dildə deyil, ürəyimizdə edək.

Yəni, ürəkdən inanaq ki, Allahdan başqa heç kəs bizə yardım edə bilməz və ancaq Ondan yardım istəyək. Elə bu cür düşünməyimiz bizə rahatlıq verər.

"İzzət və qüdrət Allaha, Onun Rəsuluna və möminlərə məxsusdur”. ("Münafiqun” 8).

Əgər hər kim bu iki mövzunu bilsə, başqasının qapısını bir daha döyməz. Hər nə istəsə, Allahdan istəyər. Çünki dünya və axirətin xeyiri Allahın əlindədir.

Əgər insan özünü Allaha möhtac hiss etsə, ancaq Allaha təvəkkül edər. Ancaq Onun yanında ehtiyaclı olduğunu bildirər və Ondan yardım diləyər. Onun rizayətini qazanmağa çalışar və ancaq Ondan qorxar.

İnsan əgər özünü tanıyarsa, başa düşər ki, hər nəyi varsa Allahdandır və artıq elmi, qüdrəti, gözəlliyi ilə öyünməz. Bilər ki, bütün bunlar onun üçün deyildir. Dünən bunları yox idi və bu gün onun yanında olan əmanətdir.

Sabah isə ondan alacaqlar. Gəlin Allahla dostluq edək. Ən azı dostumuza qoyduğumuz dəyəri Allaha da qoyaq. Bu zaman başa düşərik ki, gərək hər şeyi kənara qoyaq və Allaha üz çevirək.

İmam Hüseyn (ə) hər şeyi Allah yolunda qoyur. İmama (ə) deyirlər ki, əgər getsən ailəni, mal-dövlətini, canını əldən verəcəksən. Buyurur ki, bilirəm. Ancaq o kəslə ticarət edirəm ki, buna dəyər.

"Ey iman gətirənlər, sizə elə bir ticarət (yolu) göstərimmi ki, sizi ağrılı əzabdan qurtarsın? Allah və Onun Rəsuluna iman gətirin və Allah yolunda mallarınızla və canlarınızla cihad edin. Əgər bilsəniz, (iman və cihad) sizin üçün daha xeyirlidir”. ("Səff” 10-11).

Allahın gözəl sifətlərindən biri də Malik olmasıdır. Quran dəfələrlə bu mövzunu təkrar edir. Quran bəzən Allahı yerin və göyün və bəzən də qiyamət gününün Maliki kimi tanıdır.

İmam Sadiq (ə) buyurur ki, həqiqi bəndə o kəsdir ki, özünü malik bilməsin. Davamlı olaraq bildirsin ki, Allah hər şeyin Malikidir. Əgər insan bu həqiqəti qəbul etsə, bir daha başqasının sorağına getməz. Allahın Malik olduğunu qəbul etmək insanı Allahdan qeyrisindən ehtiyacsız edər.


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031