Mömin dünyanı axirətin körpüsü kimi görməlidir. Dünyanı abad etməlidir ki, axirətə keçid olsun
Mьəllif: admin1
Tarix: 19-11-2021, 21:40
Mömin dünyanı axirətin körpüsü kimi görməlidir. Dünyanı abad etməlidir ki, axirətə keçid olsun

İslam dini insan həyatının hər bir sahəsinə aid gösərişlər vermiş və yollar göstərmişdir.

Biz müsəlmanların fikrinin əsasını axirət təşkil etməlidir, nəinki dünya. Ancaq əksinədir. Biz dünyanın ətrafında fırlana-fırlana qalmışıq.

Hətta dini dünyanın xidmətinə gətirmək və onu insanların nökəri etmək istəyirik.

Bəzi insanların Quran ayələrindən və hədislərdən belə gözləntiləri vardır ki, ancaq dünya rifahlarını təmin etsinlər.

Axirətlə işləri olmasın. Ancaq Allah istəyir ki, axirət rifahını təmin edək. Dünyanı isə axirətə çatmaq üçün vasitə qərar verək.

Həzrət Peyğəmbər (s) buyurur: “Ey səhabələrim! Mən sizə axirəti tövsiyə edirəm. Dünya ilə bağlı sizə tövsiyələrim yoxdur. Siz özünüz dünyaya tövsiyə olunmusunuz”.

İmam Əli (ə) dünya ilə bağlı buyurur: “Məni hər şeydən çox qorxudan iki şeydir: havayi-nəfsin ardınca getmək və uzun arzular. Havayi-nəfsin ardınca getmək insanı haqq yoldan saxlayar və uzun arzular isə axirəti insanın yadından çıxardar”.

İlahi övliyalar həmişə dünyanı axirətləri üçün abad edərlər. Onlar dünyanı axirətə çatmaq üçün körpü hesab edirlər. Təbiidir ki, bir insan bir yerə getmək istəyən zaman keçidlərini bacardığı qədər abad edərdi.

Hansı aqil insan yolunun üstündə olan körpünü xarab edər?! İnsan əgər dünyanı körpü qərar verərsə, gərək bu körpünü abad etsin ki, qarşı tərəfə keçə bilsin.

Ancaq körpü olduğu qədər onu abad edək, ondan artıq deyil. Biz insanlar bu dünyanı körpü kimi deyil, son məqsədimiz kimi abad edərik.

Məgər imanımız yoxdurmu ki, axirət və bərzəx aləmi vardır?! Bu dünyada gərək elə yaşayaq ki, son məqsədimiz olan axirəti unutmayaq.

Bunda isə bizə İlahi təqva yardım edər. Məsumlar (ə) buyurur: “Ey Allah bəndələri! Özümə və sizə təqvanı tövsiyə edirəm. Yol azuqəsi götürün ki, ən yaxşı azuqə - təqvadır”.

Ey insanlar! Siz yolçusunuz. Yolçuya da yol azuqəsi lazımdır. Siz də əldə etmək istəmirsiniz? Sizin yadınızdan çıxmışdır ki, yolçusunuz?

Sabah və ya birisi gün Əzrayilin (ə) səsi qulağınıza çatar və sizə hərəkət verər.

Allah Təala Peyğəmbərinə (s) buyurur: “Sən də öləcəksən, onlar da öləcəklər”.

Məsumlarımız (ə) buyurur: “Xoş sonluq – təqva ilədir”.

Beləliklə deyə bilərik ki, müsəlman üçün axirət mühüm olmalıdır, dünya deyil. Dünyanı axirətə çata bilən körpü kimi görməlidir.

Ona görə də axirəti üçün azuqə toplamaq - onun əsl hədəfi olmalıdır. Dünyanı o qədər abad etməlidir ki, ondan keçid kimi istifadə edə bilsin.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930