Təkəbbürə səbəb olan 6 amil
Mьəllif: admin1
Tarix: 15-03-2023, 10:32
Təkəbbürə səbəb olan 6 amil

Bəzi insanlar bir neçə ibadətlə o qədər məğrur və təkəbbürlü olurlar ki, Allahdan hər nə istəsələr, verməyini gözləyərlər.

Halbuki, Allahın onların heç bir ibadətinə ehtiyacı olmadığını bilmirlər. Amma insan ibadət edərək pillə-pillə Allaha yaxınlaşar və kamala çatar.

Bəzi amillər vardır ki, təkəbbürə səbəb olur. Bu amilləri tanıyaq:

1. Həqarət hissi. Təkəbbürə səbəb olan amillərdən biri həqarət hissi, insanın maddi və mənəvi çatışmamazlıq hiss etməsidir.

İnsan təkəbbür edərək bu hissi aradan qaldırmaq istəyər. Ola bilsin ki, bu həqarət ona ailəsi, məktəb və ya cəmiyyət tərəfindən edilmiş olsun.

İmam Sadiq (ə) buyurur: “Heç bir insan təkəbbür etməz, məgər öz nəfsində gördüyü zillət və həqarətə görə”.

Əmirəl-möminin (ə) buyurur: “Təkəbbür – alçaqlıq və həqarəti aşkar edəndir”.

2. Varlıq aləmini və Xaliqi tanımadığına görə. Əgər insan bilsə ki, bu varlıq aləminin hansı məqamında yer alır və nə qədər alçaq və zəlildir – heç bir zaman təkəbbür etməzdi.

Quran buyurur: “Və yer üzündə təkəbbür və məğrurluqla yol getmə. Çünki sən(nə qədər qüvvətli olsan da) heç vaxt (öz addımlarınla) yeri yara bilməz və heç vaxt ucalıqda dağlara çata bilməzsən”. (“İsra” 37).

Bu qədər əzəmət qarşısında insan özünü necə böyük və uca hesab edə bilər ki? Əmirəl-möminin (ə) buyurduğu kimi, insanın əvvəli iylənmiş su və sonu isə murdardır. Bu cür insan necə təkəbbür edə bilər ki?!

3. Maddi nemətlərdən bəhrələnmək. Bəzən insan qüdrətə mal və dövlətə, vəzifəyə, ya da xüsusi istedadlara malik olduğuna görə qürurlanar. Nəticədə başqalarına təhqir gözü ilə baxar və lovğalanar.

4. Zadəganlar nəslindən olduğuna görə. Bəzi insanların təkəbbür etməsinin səbəbi - nəslinin nəcabətli və zadəgan olmasıdır. Şeytan (lən) onları azdırar və özünə bənzədər.

Quran buyurur: “Dedi: “Mən ondan daha yaxşıyam. Çünki məni oddan, onu isə gildən yaratmısan (od gildən daha yaxşıdır. Buna görə də daha yaxşıdan yaradılan daha yaxşı olacaqdır)””. (“Sad” 76).

5. Özünü başqalarından üstün bilmək. Bəzi insanlar özlərini başqalarından üstün bilərlər və ona görə də təkəbbür edərlər. Buna hökmranlıq edən zalım dövlətləri misal göstərmək olar ki, necə zəif dovlətlərə zülm edirlər.

6. Riyakarcasına edilən ibadət. Təkəbbürə səbəb olan başqa bir amil isə insanın riyakarcasına ibadət etməsidir. Bu ibadətdə hədəf Allah rizası deyildir və insan başqalarının diqqətini cəlb etmək üçün namaz qılar, oruc tutar və uzun zaman səcdəyə gedər.

Öz-özünə deyər: “Mən ki, bu qədər ibadət edirəm və mən bu qədər Allahın xəlqinə xidmət edirəm – hamıdan daha üstün və Allaha daha yaxınam”.

Şeytan (lən) da Allaha 6 min ibadət etmişdi, ancaq onun pis aqibətini hamımız yaxşı bilirik.

Allah Təala bizləri aqibəti xeyir olanlardan qərar versin.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930