İmamcümə Hacı Rasim: "Bismillah" deyəndə mənası budur ki, “Mən üzərimdən Allah nişanəsi asmışam”
Müəllif: Admin
Tarix: 3-03-2018, 11:13
İmamcümə Hacı Rasim: "Bismillah" deyəndə mənası budur ki, “Mən üzərimdən Allah nişanəsi asmışam”
Ahlibeyt.ge xəbər verir ki, ötən gün Marneuli İmam Əli (ə) məscidində Əhli-beyt (ə) cəmiyyətinin sədri, imamcümə Hacı Rasim Məmmədovun imaməti ilə cümə namazı qılındı.

Xətib Allaha həmd-səna, Peyğəmbər (s) və Onun Əhli-beytinə (ə) salam və salavatdan sonra özünü və möminləri İlahi təqvaya dəvət etdi və cümə namazından əvvəl iki xütbə söylədi.

İlk xütbəsini “Bismilləhir-Rahmənir-Rahim” təfsirindən danışdı.

İmamcümə hər bir işi Allahın adı ilə başlamağın O müqəddəs Zatdan yardım diləməyin bərəkətinə toxunaraq dedi: “Gərək insan bütün işlərinin başlanğıcında sidq ürək ilə və həqiqi mənada “Bismilləhir-Rahmənir-Rahim” deyib işlərini Ona bağlasın. Bu cümləni inanaraq deməsi insanı bütün azğınlıqlardan qoruyub həqq yolda sabit qədəm edər.”

Bəndə “Bismillah-Rahmənir-Rahim” deyəndə, Mütəal Allah buyurur: “Bəndəm öz işinə mənim adım ilə başladı. Onun işlərini bütün hallarda bərəkətli edib xeyrli sonuca yetirmək mənim öhtəmdədir" – deyə qeyd etdi.

Hacı Rasim: Rəhman və Rəhim kəlmələri haqqında bir neçə nöqtə işarə etdi:

1. “Rəhman” sifəti Allahın ümumi rəhmətinə işarə edir. Yəni bu sifət həm kafirə, həm möminə, həm dosta, həm düşmənə... şamil olur.

2. Qurani Kərimə baxsaq görərik ki, “Rəhman” sözü həmişə mütləq (ümumi) şəkildə işlədilib, lakin “Rəhim” sifəti müəyyən yerlərdə xüsusiləşdirilib.

3. “Rəhman” Allaha məxsus adlardandır, başqasının haqqında istifadə olunmur, lakin “Rəhim” sifəti Peyğəmbərin (s) haqqında da işlədilibdir.

4. Allahın “Rəhman” sifəti maddi nemətləri əhatə edir, “Rəhim” sifəti isə mənəvi nemətləri əhatə edir. Başqa sözlə desək “Rəhman” sifəti dünyaya, “Rəhim” sifəti həm dünyaya, həm axirətə aiddir.

Sonda xətib möminlərə tövsiyyə edərək buyurdu: “Gündəlik namazlarımızda ən az 60 dəfə “Rəhman” və “Rəhim” sözlərini təkrarlayırıq. Şayəd bu da bizim rəhimli və mərhəmətli tərbiyə olunmağımız üçün bir üslübdur. Mutəal Allah istəyir ki, dediyimiz zikrlər ruhumuza təsir bəxş etsin, bizim də mərhəmətimiz qəzəbimizdən öndə olsun. Varlıq aləminə, xüxusən birbirimizə qarşı mərhəmətli olaq.”

İmamcümə ikinci xütbəsində Allaha olan zikrin mənasından danışdı.

Hacı Rasim xütbəsində buyurdu ki, İnsan qəflətə düşməsin deyə gərək həmişə Allahı zikr etsin. Zikrin mənası Allahı xatırlamaqdır.
Təbii ki, zikrlərin ən fəzilətlisi əməli zikrdir. Lakin dil ilə deyiləcək zikrlərdən ən fəzilətlilərindən biri də “Bismillahir-Rəhmanir-Rəhim” deməkdir.

Xətib əlavə edərək dedi: "Bütün aləmin və kainatın sirrini Allah-taala bu bir cümləlik zikrdə xülasələşdirib. Həm də bəndə "Bismillah" deyəndə mənası budur ki, “Mən üzərimdən Allah nişanəsi asmışam”".

İmamcümə “Bismillahir-Rəhmanir-Rəhim” zikrinin 6 xüsusiyyətinə toxunaraq:

1) “İsmi-Əzəmə” – Allahın ən əzəmətli adına ən yaxın kəlmə “Bismillah”dır.

2) Bütün ilahi kitablar, bütün Peyğəmbərlərə (ə) nazil olan kitablar hamısı “Bismillahir-Rəhmanir-Rəhim” kəlməsi ilə nazil olub.

3) Bizim Peyğəmbərimizə (s) vəhy nazil olanda Hz. Cəbrailin (ə) gətirdiyi ilk kəlmə “Bismillah”dır.

4) “Bismillahir-rəhmanir-rəhim” “Qurani-kərim”in ən əzəmətli ayəsidir.

5) Bu ayə, surələrin tacıdır.

6) Namazın başlanğıcı “bismllah” ilədir. Niyyət təkbirini deyəndən sonra Allah ilə danşığa bəndə ”bismillah” ilə başlayır – qeyd etdi.


Oxşar xəbərlər
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930