İmamcümə Peyğəmbərin (s) rehlətindən danışdı (Foto)
Mьəllif: admin1
Tarix: 18-11-2017, 11:18
İmamcümə Peyğəmbərin (s) rehlətindən danışdı (Foto)
Ahlibeyt.ge xəbər verir ki, ötən gün Marneuli İmam Əli (ə) məscidində Əhli-beyt (ə) cəmiyyətinin sədri, imamcümə Hacı Rasim Məmmədovun imaməti ilə Cümə namazı qılındı.

Xətib Allaha həmd-səna, Peyğəmbər (s) və Onun Əhli-beytinə (ə) salam və salavatdan sonra özünü və möminləri İlahi təqvaya dəvət etdi və cümə namazından əvvəl iki xütbə söylədi.

İlk xütbəsini Peyğəmbərin (s) rehlətinə həsr edən imamcümə islam Peyğəmbərinin (s) həyatında ən çox diqqət etdiyi məsələrin bəzisindən və o həzrətin ümməti üçün nə qədər ürək yandırdığından danışdı.

İmamcümə: Bu gün Yaradılışın ilkinin rehlət günüdür. Bu gün məxluqatın ən şərəfilisinin və ən alisinin rehlət günüdür. Onun (s) şərafəti həm də Allaha gözəl bəndə olmağında idi. O qədər ibadətindən sonra ömrünün sonunda ağlayaraq buyururdu: “heç vaxt sənə layiqincə ibadət edə bilmədik” – deyə qeyd etdi.
Hacı Rasim: “Səfər ayı ona görə çox hüznlü bir aydır ki, bu ayda vəhy kəsilib. Bu ayda Rəhmət Peyğəmbəri (s) yer üzünü tərk etdi. – əlavə etdi.
Sonda xətib Peyğəmbərin (s) ömrünün son anlarına toxunaraq dedi: “Peyğəmbər (s) ömrünün son anlarında ümmətin gələcəyindən çox narahat idi. Gələcək haqqında müsəlmanlara nəsiyyətlər verirdi və gələcəkdə baş verəcək fitnələrdən xəbərdar edirdi. Dünyada bəşəriyyətin hidayəti üçün nə qədər qayğıkeş və dilsuz idisə, axirətdə də ümmətin bağışlanmağı üçün o qədər israrlı idi.”

İmamcümə ikinci xütbəsində İmam Həsənlə (ə) Müaviyənin (lən) sülh müqaviləsindən danışdı.
Hacı Rasim xütbəsində buyurdu ki, Xaricilərin əməlləri və dostlarının xəyanəti həzrət Həsəni (ə) Müaviyə ilə sülh etmək məcburiyyətində qoymuşdu.

Həmin müqavilənin bir neçə maddəsi bunlardan ibarət idi:
1. Şiələrin qanının tökülməsinin qarşısı alınacaq və hüquqları tapdalanmayacaq;
2. Həzrət Әli (ə) və şiələri söyülməyəcəklər;
3. Müaviyə Allahın kitabı və Peyğəmbərin sünnəsinə əsasən əməl edəcək;
4. İmamın əshabı və dostları, harada olurlarsa-olsunlar, Müaviyə və adamlarının şərindən amanda qalacaqlar;
5. İmam (ə) Müaviyəni "əmirəl-möminin" olaraq tanımayacaq və xütbələrdə onun adını əsla çəkməyəcək;
6. Müaviyə xəlifəliyi özündən sonra başqa bir nəfərə tapşırmayacaq.


İmamcümə İmamın (ə) şəhadətinə toxunaraq: Şeytani vəsvəsələr, pul və şöhrət İmamın arvadının gözünü tutub qəlbini kor etdi və səbəb oldu ki, tarixin heç bir zaman unutmayacağı bir xəyanəti həyata keçirib Müaviyənin bu murdar təklifini qəbul etsin. İmam Həsən (ə) dəfələrlə öz arvadının əli ilə şəhid olacağını söyləmişdi. – qeyd etdi.


İmamcümə Peyğəmbərin (s) rehlətindən danışdı (Foto)
İmamcümə Peyğəmbərin (s) rehlətindən danışdı (Foto)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930