İmamcümə: "rəcəb ayının ən fəzilətli əməllərindən biri də möminlər bir-birini əfv edib bağışlamasıdır" (Foto-Video)
Mьəllif: admin1
Tarix: 31-03-2017, 18:49
İmamcümə: "rəcəb ayının ən fəzilətli əməllərindən biri də möminlər bir-birini əfv edib bağışlamasıdır" (Foto-Video)
Ahlibeyt.ge xəbər verir ki, bu gün Marneuli İmam Əli (ə) məscidində Əhli-beyt (ə) cəmiyyətinin sədri, imamcümə Hacı Rasim Məmmədovun imaməti ilə Cümə namazı qılındı.

Xətib Allaha həmd-səna, Peyğəmbər (s) və Əhli-beytə (ə) salam və salavatdan sonra bir daha özünü və möminləri İlahi təqvaya dəvət etdi və cümə namazından əvvəl iki xütbə söylədi:

İmamcümə birinci xütbəsində rəcəb ayının fəzilətindən və əməllərindən danışdı. Bu il iki bahar – həm təbiətin baharı, həm də mənəviyyatın baharı birlikdə gəlibdi. Yəni həm Novruz bayramı, həm də mənəvi üç ay (Rəcəb, Şaban, Ramazan ayı) – deyə qeyd etdi.

Hacı Rasim bu münasibətlə möminləri təbrik etdi və uca Allahdan dilədi ki, bu üç ayın bərəkətindən onları məhrum etməsin. O qeyd etdi ki, rəcəb ayı çox şərafətli və əzəmətli bir aydır. Çünki bu ay Allaha məxsus bir aydır. Allah-taala Kəbəyə “beyti” – “mənim evim” deyə buyurub. Buna görə də yer üzündə ən şərəfli məkan Kəbə evidir.

Hacı Rasim Həzrəti Rəsulallahın (s) bu buyuruğunu da nəzərə çatdırdı: “Rəcəb Allahın, Şəban mənim, Ramazan isə ümmətimin ayıdır”.

Bu ayın ehtiramının uca tutulmasını, saxlanmasını və dəyərli əməllərin bu aylarda günahı tərk etmələrini də tövsiyə etdi.

Daha sonra Hacı Rasim dedi ki, bu ayın özünəməxsus əməlləri var:

1.Sədəqə vermək.
2.Qüsl etmək.
3.Gün ərzində 1000 dəfə “İxlas” surəsini oxumaq.
4.İstiğfar etmək və Allahdan bağışlanma istəmək.
5.Oruc tutmaq.


Xətib rəcəb ayının orucuyla əlaqədar çox fəzilət və savabların olduğunu da vurğuladı.

İmamcümə ikinci xütbəsində İmam Sadiqin (ə) və Müfəzzəlin (r.ə) Əhli-beyt (ə) davamçılarına ünvanlanmış tövsiyələrindən danışaraq qeyd etdi ki, bu ayın ən fəzilətli əməllərindən biri də budur ki, möminlər bir-birini əfv edib bağışlasınlar.


İmamcümə: "rəcəb ayının ən fəzilətli əməllərindən biri də möminlər bir-birini əfv edib bağışlamasıdır" (Foto-Video)
İmamcümə: "rəcəb ayının ən fəzilətli əməllərindən biri də möminlər bir-birini əfv edib bağışlamasıdır" (Foto-Video)
İmamcümə: "rəcəb ayının ən fəzilətli əməllərindən biri də möminlər bir-birini əfv edib bağışlamasıdır" (Foto-Video)
İmamcümə: "rəcəb ayının ən fəzilətli əməllərindən biri də möminlər bir-birini əfv edib bağışlamasıdır" (Foto-Video)



Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930