Allah öz işlərini Bismillah-la başlayanlara bu vədi verib
Mьəllif: admin1
Tarix: 4-10-2023, 10:17
Allah öz işlərini Bismillah-la başlayanlara bu vədi verib

“Uca və əzəmətli Allah buyurub: Əgər bəndə “Bismillahir-Rəhmanir-Rəhim” desə, işlərini mənim adımla başlayıb.

İşlərini mənim adımla başlasa boynumda onun haqqı var ki işini tamamlayıb və əhvalını bərəkətli edim”.

Kainatda mövcud olan hər varlıq Allahın məxluqu sayılır. Onun iradəsi olmadan heç bir iş baş tuta bilməz. Baş tutan işlər onun iradəsi olmadan bitə və tamamlana bilməz.

Həzrəti Əli (ə) buyurur ki, “Mən Allahı planların aradan getməsi və müqavilələrin pozulması ilə tanıdım”.

Əgər nəzərdə tutduğumuz, saatlarla günlərlə vaxt sərf etdiyimiz planlar alt-üst olursa, əgər əldə etdiyimiz anlaşmalar razılaşmalar proqnozlaşdırdığımız şəraitlə uyğun hərəkət etməyib aradan gedirsə, deməli bu kainatda bizdən başqa bir qüdrət plan cızır.

Həqiqi hakim odur. İşlərin baş tutması və tamamlanması mütləq qüdrət olan Allahın əlindədir.

Hədislərin birində “Bismillah”la bağlı belə deyilir: “Bismillahı olmayan iş əbtər qalar və sona çatmaz”.

Bəs “Bismillah” deyən şəxsin işləri necə? Allah ona hansı vədi verib?

Şeyx Səduq əl-Əmali əsərində Məhəmməd peyğəmbərdən (s) belə bir hədis nəql edir:

“Uca və əzəmətli Allah buyurub: Əgər bəndə “Bismillahir-Rəhmanir-Rəhim” desə, işlərini mənim adımla başlayıb. İşlərini mənim adımla başlasa boynumda onun haqqı var ki işini tamamlayıb və əhvalını bərəkətli edim”.

Hədisə əsasən işlərin həyata keçib, başa çatması üçün birinci növbədə bəndə (həqiqi bəndə) Allahın adı ilə başlamalı, gerisini isə təvəkkül edib, Allaha arxalanmalıdır. Allahın vədi isə hökmən həyata keçəndir və o işləri tamamlayar.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930