Ayətullah Xamenei: Neft tankerinin saxlanılması cavabsız qalmayacaq
Mьəllif: admin1
Tarix: 16-07-2019, 22:05
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei: Neft tankerinin saxlanılması cavabsız qalmayacaq
Xəbər verdiyimiz kimi, Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei ölkənin imam-cümələri ilə bu gün ölkənin müxtəlif şəhər və vilayətlərinin imamcümələri ilə görüşüb.

Maide.Az “Leader.ir”ə istinadla xəbər verir ki, görüş İslam İnqilabından sonra ilk cümə namazının qılınmasının 40-cı ildönümü münasibətilə baş tutub.

Görüşdə Ayətullah Xamenei cümə namazının fərdi, ictimai, siyasi, dini və beynəlxalq baxımdan olduqca mühüm və təsiredici rola malik olduğunu vurğulayıb

Ali Rəhbər Ayətullah Xamenei çıxışında Avropalıların tələbkar hərəkətlərini və Hərtərəfli Birgə Fəaliyyət Planının 11 maddəsi ilə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməmələrini tənqid edib. "İran HBFP-də öz öhdəliyinə əməl edib.

Hazırda onların rəftar tərzinə görə öhdəliklərimizi azaltmışıq Avropalılar həyasızcasına deyirlər bunu niyə edirsiz.

Siz Avropalılar öz öhdəliklərinizdən heç birini etməməsiz, hansı haqla bizdən istəyirsiz öhdəliklərimizə sadiq qalaq? Bilin ki, biz öhdəliklərimizi azaltmağa yeni başlamışıq, bu prosesi davam edəcək”.

Avropalıların afəti təkəbbürlükləridir. Əgər onların qabağında olan dövlət zəif olarsa, təkəbbürlük edərlər. Yox, əgər qabaqlarında dim-dik durarsa, o zaman geri çəkilərlər.

Britaniya tərəfindən İran gəmisinin saxlanılmasını dəniz qudurluğu adlandıran Ali Rəhbər bu addımı sərt tənqid edib və bildirib ki, İran İslam Respublikası neft tankerinin saxlanılmasını cavabsız qoymayacaq.

“Onlar öz xəbisliklərini aşkar şəkildə edirlər. Bizim gəmimizi dəniz quldurluğu edərək qaçırır lakin çalışırlar buna qanuni don geyindirsinlər. Onların bu addımı cavabsız qalmayacaq. Lazimi yerdə onlara cavab veriləcək”.

Görüşdə çıxışının davamında Ayətullah Xamenei cümə namazının əhəmiyyətindən danışıb və cümə namazı imamlarına tövsiyələr verib.

“Bilin ki, Cümə namazı ağır və böyük məsuliyyətdir. Özünəməxsus xüsusiyyəti var və bu imkanın qədrini bilməlisiz. Bu günki cəmiyyətin əsas ehtiyaclarından biri təqvadır. Təqva bütün maddi və mənəvi problemlərin həlli üçün zəmin yaradır. Cümə namazlarının xütbələrinəd bu haqda çoxlu danışılması zəruridir".

Ayətulllah Xamenei sosial şəbəkələrdə də təqvaya əməl olunmağın bu günki cəmiyyətin ehtiyaclarından biri adlandırıb.

“Yalan, töhmət, şayiələr və bu kimi şeylərin internet məkanında artması cəmiyyətin bu günkü giriftarçılıqlarındandır ki, gərək Cümə namazlarında bu haqda danışılsın və internet məkanında təqvaya riayət edilməsinin zəruriliyi camaata izah edilsin."

Ayətullah Xamenei bildirib ki, qüdrət və sərvət sahiblərinə tərəf getməkdən çəkinin. "Onların süfrəsində oturmaqdan bacardıqca uzaq durun. İmam Əlinin (ə) Osman bin Hüneyfə yazdığı məktubu yəqin ki, xatırlayırsınız.

Bunun əksi sizin ümumi xalq kütlələrindən uzaqlaşmağınıza səbəb olacaqdır. Sərvət əldə edən yeni dövlətlərdən bəziləri təhlükəsizliklərini qorumaq üçün ruhanilərin və cümə imamlarının sorağına gedirlər. Belə vəziyyətlərdə ayıq və diqqətli olmaq lazımdır.

Sizlərə digər tövsiyəm isə öz yaxınlarınızı və övladlarınızı qorumağınızdır. Sorağınıza gəlib sizdən rədd cavabı alanlar övladlarınızın sorağına gedərək, onların vasitəsi ilə sizə nüfuz edə bilərlər."


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930