İmam cümə: Ayətullah Xamenei dedi ki, məndən sonra seçiləcək rəhbərdə...
Mьəllif: admin1
Tarix: 11-03-2016, 20:30
Bцlmə: Xəbərlər
İmam cümə: Ayətullah Xamenei dedi ki, məndən sonra seçiləcək rəhbərdə...
İslamazeri.az-ın “Fars” agentliyinə istinadən verdiyi xəbərə əsasən, Ayətullah Kaşani Ömər bin Hənzələnin məsumlardan rəvayət etdiyi hədisinə toxunaraq bildirib: “Məsum imamın zamanı hakimiyyət imama, qeybət dövründə isə fəqihə məxsusdur. Məsumun sözünə görə, hansısa sözü əmr etdiyi zaman qəbul etməli və üz çevirməməliyik. İmam Rzanın (ə) sözünə əsasən, Allahın əhkamı rəhbər tərəfindən idarə olunmalıdır və rəhbər fəsad əhli olsa İlahi əhkam aradan gedəcəkdir. Buna görə, ölkənin hakimi adil və halalı haramdan tanıyan biri olmalıdır ki, bu da fəqihdən başqa biri deyildir".

İmam cümə daha sonra "Bu gün dünyaya nəzər salın. Ölkələrin rəhbərləri xalqlarına zülm edir və digər tərəfdən də xalqın rifahını düşünürük deyərək milli sərvətləri istismar edirlər. Bir də İrana baxın. İnqilabdan bu yana rəhbərimiz heç bir ölkəyə zülm etməyib. Dünya nə qədər də inkar edərsə bu həqiqəti bilir", - deyə bildirib.

Ayətullah İmami Kaşani İslam İnqilabının rəhbəri Ayətullah Xameneinin son görüşü zamanı bəzi mühüm məsələlərə toxunduğunu bildirərək deyib: "Ayətullah Xamenei son görüşündə bizə dedi ki, məndən sonra seçiləcək rəhbərin seçimində çox diqqətli olun. O inqilaba, millətə və elmi inkişafa bağlı olmalıdır”.

İmam cümə bəzilərinin İranın raket təcrübələrindən narahat olduğuna toxunaraq: “İran öz təhlükəsizliyindən vazmı keçməlidir? Ətrafımız düşmənlə doludur. Düşmənimiz əleyhimizə proqram cızmırmı? Onlar bu günədək bizə hücum edə bilməyiblər, çünki ölkəmiz elmi cəhətdən inkişaf etmiş və şücaətli cavanlarımız buna mane olmuşdur. İran İslam Respublikası bu gün də, öz sülhməramlı fəaliyyətini sübut etmişdir. Son razılıq da bunu göstərdi ki, ölkəmiz müzakirə əhlidir, lakin eyni halda öz təhlükəsizliyini də qorumaq niyyətindədir. Bu səbəbdən müdafiə vasitələrinə sahib olmalıdır. Düşmən ölkəmizə qarşı dişlərini itiləyir, lakin bizim dəniz qüvvələrimiz ölkənin müdafiəsi üçün güclü sistem ərməğan gətirdi.”

Qeyd edək ki, bəzi KİV-də Ayətullah Xameneinin "Xobraqan"a özündən sonra varis seçilməsi üçün müraciət etmə xəbərləri həqiqəti əks etdirmir. İranda rəhbərlik məqamı ancaq rəhbərlik məqamında olan şəxsin ölümü və ya hansısa qeyri-adi hadisə zamanı seçkilə müəyyən edilir.

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031