Ali Dini Rəhbər: “ABŞ-ın düşmənçiliyi cavabsız qalmayacaq”
Mьəllif: admin1
Tarix: 26-04-2019, 20:14
Bцlmə: Xəbərlər
Ali Dini Rəhbər: “ABŞ-ın düşmənçiliyi cavabsız qalmayacaq”
İşçi və əməkçi həftəsi münasibətilə İranın hər yerindən gələn işçilər bu gün (24 aprel) Tehrandakı İmam Xomeyni Hüseyniyyəsində Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei ilə görüşüblər.

Deyerler.org Mehrə istinadən xəbər verir ki, Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei görüşdə çıxış edərək, ABŞ-ın İrana qarşı neft sanksiyalarından 8 ölkəyə verdiyi güzəştin müddətini uzatmamaq barədə qərarına toxunub və belə danışıb: “Birincisi, onların səyləri heç bir nəticə verməyəcək.

İstədiyimiz və ehtiyacımız olduğu qədər neft ixrac edəcəyik. Onlar (neft ixracı məsələsində) bütün yolları bağladıqlarını güman edirlər. Ancaq fəal olan İran xalqı və tədbirli rəsmiləri bütün maneələri aşacaq.

İkinçisi, bu düşmənlik reaksiyasız qalmayacaq və düşmənə lazım olan cavab veriləcək. İran xalqı düşmənçiliyin qarşısında səssiz qalan bir millət deyil. Üçüncüsü, neft satışından nə qədər az asılı olsaq, o qədər də qiymətini biləcəyik. Bu bizim üçün daha yaxşı olar”.

Düşmənin dünya miqyasında ədaləti hayqıran İrana qarşı müxtəlif sui-qəsdlər təşkil etdiyini və dəfələrlə müvəffəqiyyətsiz olduğunu xatırladan Ali Dini Rəhbər, belə davam edib: “Onlar indi də müxtəlif iqtisadi məsələlərlə məşğul olur və İran xalqını diz çökdürmək istədiyini bildirirlər”.

ABŞ rəsmilərinə müraciət edən Ali Dini Rəhbər, İran xalqının onların qarşısında diz çökməyəcəyini vurğulayıb.

Amerika ilə sionistlərin iddiarına toxunan Ali Dini Rəhbər, belə deyib: “Onlar sadəcə İslam Respublikası ilə düşmən olduqlarını və İran xalqına qarşı olmadığını deyirlər.

Amma reallıq budur ki, İslam Respublikasına düşmənçilik İran xalqına düşmənçilik deməkdir, çünki bu dövlət xalq tərəfindən dəstəkləndiyi üçün ayaqda dayanır və İran xalqının dəstəyi olmadan İslam Respublikası da olmayacaq”.

Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei çıxışında milli hörmətin əhəmiyyətinə toxunaraq, bunları deyib: “Heç bir millət düşmənlərinin müəyyən etdiyi qərarların təsiri altında qalmağı qəbul etməz”.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930