Nə vaxt günah yazan mələklər insanın yanından boş səhifə ilə gedərlər?
Mьəllif: admin1
Tarix: 26-08-2019, 09:42
Nə vaxt günah yazan mələklər insanın yanından boş səhifə ilə gedərlər?
Allahın insana verdiyi nemətlər o qədər çoxdur ki, insan onları saymaq istəsə, əslində bu işin öhdəsindən gələ bilməz. Allah Təala insana çox sayda nemət vermişdir və insandan istəmişdir ki, bu nemətlərdən ancaq Onun yolunda istifadə etsin.

İnsanın gün ərzində məşğuliyyətləri olduğu kimi, boş vaxtları da olur. Bu vaxtları adətən istirahət etmək və dostları ilə görüşməyə sərf edər. Ancaq bəzi insanlar bu vaxtlarını tam boş işlərə sərf edərək, onu hədər verirlər.

Dinimiz buyurur ki, boş vaxtlarınızdan dəyərli istifadə etsəniz, sizin mənəvi inkişafınıza səbəb ola bilər.

Şeytan (lən) həmişə insanın ardınca düşər və onun üçün tələlər qurar. Onun qurduğu tələlərdən biri də məhz insanın boş vaxtını hədər verdiyi anlarda olur. Əgər insan boş vaxtını faydalı işlərə sərf etməzsə, şeytanın (lən) tələsinə düşər və bu bataqlıqdan çıxa bilməz.

Halbuki, Məsumlarımız (ə) bizə buyurur:

“Əgər Allah bizə dünya işlərindən boş vaxt təqdir edibdirsə, onu salamatlıqla birlikdə olan fürsət qərar ver ki, onda əziyyət yaranmasın.

Bizim günahlarımızı qeyd etməyə vəzifələndirilən mələklər günahdan boş səhifə ilə bizim yanımızdan çıxıb getsinlər.

Yaxşılqları qeyd etməyə vəzifələndirilmiş mələklər isə bizim haqqımızda yazdıqları əməllərdən sevincli halda bizim yanımızdan qayıtsınlar”.

İmam Əli (ə) buyurur: “Bekar olmaqla birlikdə, şeytani istəklərə meyil hasil olar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Gecə və gündüz – qaçan iki minikdirlər. Ona görə də axirətə çatmaq üçün onlardan bəhrələnin”.

İmam Əli (ə) buyurur: “Qarşınıza çıxan fürsətləri ovlayın. Əgər əldən gedərsə, bir daha onu əldə edə bilməyəcəksiniz”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930