Bu 5 nemət – Allahın insana verdiyi ən dəyərli hədiyyələrdir
Mьəllif: admin1
Tarix: 30-09-2020, 10:18
Bu 5 nemət – Allahın insana verdiyi ən dəyərli hədiyyələrdir
Allah Təala insana çox sayda nemət vermişdir. Bəs bu nemətlər içərisində ən dəyərli olanları hansılardır?

1. İnsanın hidayət olması. “Rəhman (dünyada maddi və mənəvi nemətləri həm möminlərə, həm də kafirlərə şamil olan, axirətdə isə yalnız möminləri əhatə edəcək geniş mərhəmət sahibi) olan Allah! (Onun nemətlərinin bəziləri ibarətdir:).

(Əzəli elmindən Lövhi-Məhfuza nazil olmuş) Quranı (əvvəlcə yuxarı aləmin məxsus sakinlərinə təlim verdi, oradan Cəbrail vasitəsi ilə Peyğəmbərin (s) qəlbinə nazil etdi və onun dili ilə bəşər cəmiyyətinə) öyrətdi.

(Yaradılmışların ən heyrətamizi, varlığın şah əsəri, ən gözəl vücud, ruhi və cismi baxımdan yaradılış aləminin ən kamil varlığı olan) insanı yaratdı.

Ona (ən heyrətamiz nemətlərdən olub insanı digər canlılardan üstün edən və bəşər cəmiyyətinə ilahi vəhyin gəlməsinə səbəb olan) bəyan yolunu öyrətdi (qəlbində olanları dildə sözlər yaratmaqla başqasına çatdırmaq qüdrəti verdi)”. (“Rəhman” 1-4).

2. Bədən və cismin sağlamlığı. İmam Əli (ə) buyurur: “Sağlamlıq – ən böyük nemətdir”.

3. Axirət. Həzrət Peyğəmbər (s) buyurur: “İnsan üçün heç bir hədiyyə, ölüm hədiyyəsi kimi üstün deyildir. Çünki insanın bütün varlığı ölümdən ləzzət alar və öləndən sonra övliya və nəbiləri görər, onlarla məhşur olar”.

4. Ağıl. İmam Sadiq (ə) buyurur: “O zaman ki, Allah əqli xəlq edir, buyurur: İzzət və cəlalıma and olsun ki, elə mövcud xəlq etməmişəm ki, Mənim yanımda səndən daha əziz olsun”.

Həzrət Peyğəmbər (s) buyurur: “Ey Əli! Ağıl elə bir şeydir ki, onunla behişt və Mehriban Allahın razılığı əldə olunar”.

Elm, ağlı tətbiq etməyin vasitələrindəndir.

Həzrət Peyğəmbər (s) buyurur: “O alim ki, nadan insanların arasında qərar tutar, ölülər arasında olan diri kimi olar.

O kəs ki, elm təhsili halında olar, bütün məxluqlar onun üçün bağışlanma istəyərlər. Ona görə də elmi öyrənin. Çünki elm sizin Allaha yaxınlaşmaq vasitənizdir. Elmi öyrənmək hər bir müsəlmana vacibdir”.

5. Vilayət. Allah dərgahında ən dəyərli nemət – vilayət nemətidir. Qalan nemətlər də məhz vilayət nemətinin yanında məna əldə edər.

İmam Baqir (ə) buyurur: “Bizim vasitəmizlə Allaha bəndəlik edilir. Bizim vasitəmizlə Allah tanınır. Bizim vasitəmizlə Allah Təalanın tövhidi həyata keçir”.

Bu nemətlər – həqiqidir. Digərləri – ötəri, müvəqqəti, şərtidir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930