Şeytan (lən) ən böyük silahını insanın can verən anına saxlamışdır
Mьəllif: admin1
Tarix: 6-03-2024, 11:02
Şeytan (lən) ən böyük silahını insanın can verən anına saxlamışdır
İnsanın dünya aləmindən sonra müvəqqəti olan bərzəx aləmindəki həyatı hamı üçün maraqlıdır. Bu haqda hədislərimiz və Quran bizlərə müəyyən qədər məlumat vermişdilər.

Hər bir halda bu mənbələrdən aldığımız xəbərlərə görə, belə qənaətə gəlmək olur ki, əgər insan bu dünyadan mömin gedərsə - bu da hər kəsə qismət olmur – mələklər həmin şəxsə rəhm edərlər. Ruhunu səmaya tərəf apararlar.

İnsanın mömin dünyadan getməsi ona görə çətindir ki, şeytan (lən) ən böyük silahını məhz insanın can verən anına saxlamışdır. Onun sevdiyi insanların cildində onun yanına gələrək, həmin insana yanlış əqidələri təlqin etməyə başlayar.

Əgər həmin şəxsin imanı zəif olarsa, lənətliyin bu tələsinə düşər və bütün ömrü boyu əldə etdiyi fəzilətləri itirər və dünyadan kafir gedər. Hətta din alimləri belə, həmin anda şeytanın (lən) tələsinə düşməkdən amanda deyildirlər. Bu həqiqəti özləri öz dilləri ilə etiraf ediblər.

Yəni, insanın bu dünyadan Müaviyyə (lən) və ya əksinə – Əbuzər (r.ə) kimi getməsi – can verən anındakı halından və iman səviyyəsindən çox asılıdır. Dinimiz can verən anda bu kimi şərlərdən uzaq olmaq üçün bir çox dualar və əməllər tövsiyə edirlər ki, maraqlananlar “Məfatih” kitabına müraciət edə bilərlər.

Əgər insan bu dünyada kafir və ya münafiq halda gedərsə ki, bəzi hallarda belə olur, səmanın qapıları onun üzünə açılmır. Onu hesaba çəkməyə başlayırlar. O, Nəkir ilə Münkərin suallarına cavab verməyə başlayır. Və burada onun yeni şansı əmələ gəlir – əgər cavabları, əməlləri yaxşı olarsa – aqibəti də yaxşı olar.

Hədislərimiz buyurur ki, ölünün bədənini qəbrə qoyan zaman, həmin bədən müəyyən olunmuş məkana aparılar. Belə ki, möminlərin bədəni – Vadius-səlama, kafirlərin və münafiqlərin bədəni isə Bərəhuta.

Bərzəx aləmində olan hər bir varlıq maddəyə malik olmaz. Orada zaman anlayışı mövcud deyildir. Ancaq dünyada malik olduğu bədənə oxşar bədənə, zahiri görünüşünə çox bənzəyən misali bədəninə malik olar.

Bu aləmdə möminlər sevinər, kafirlər pərişanlıq içində olarlar.

İmam Sadiq (ə) buyurur: “Bərzəx, qəbir, savab, cəza – dünya ilə axirət arasındadır”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930