Nə baş verir ki, şeytan (lən) insana hakim olur?
Mьəllif: admin1
Tarix: 9-07-2018, 22:40
Nə baş verir ki, şeytan (lən) insana hakim olur?
İmam Səccad (ə) “Səhifeyi-Səccadiyyə” kitabının 17-ci duasında buyurur: “Allahım, qəlbimizə onun (şeytan) üçün yol qoyma, bizim həyatımızda onun üçün mənzil hazır etmə”.

Bu zaman belə bir sual meydana çıxır ki, nə baş verir ki, şeytan (lən) bizim daxilimizə girir və orada ev qurur?

Əmirəl-Möminin Həzrət Əli (ə) “Nəhcul-bəlağə”də bu suala belə cavab vermişdir: “Bir çoxları şeytanı öz rəhbərləri qərar veriblər. O, da onlara tələ düzəltmişdir.

Sinələrində yer tutmuş və yanlarında böyümüşdür. Ona görə də o şeyi ki, görürsünüz – şeytan onlara təlqin etmişdir. O şeyi ki, deyirlər – şeytanın sözüdür”.

Ayətullah Cavadi Amuli İmam Əlinin (ə) bu kəlamının mənasında buyurmuşdur: “Şeytan əvvəl insanı aldadır, yavaş-yavaş qəlb hərəminə daxil olur. O zaman ki, insan qəlbini şeytan üçün açar, bu zaman şeytanın ona əhatəsi əmələ gələr. Bu yolla şeytan insan qəlbinə toxumlarını qoyar.

Sonra bu toxumlardan şeytan cücələri çıxar. Bu şeytan cücələri insanların qəlbində böyüməyə başlayar. Bu halda olan insan yolunu doğru tərəfə çevirmək istəsə də, bacarmayacaqdır.

Çünki şeytan gəlmiş və yuva qurmuşdur. Toxumlarını səpmiş və cücələrini çıxardıb böyütmüşdür. Bu cücələr bizim etdiyimiz günahlarla qidalanar. Nəhayət, insanın üzərində hakimiyyəti əlinə alar və bədən sahibini əsir edər.

Əl və ayaqlarını bağlayar. Onun dili ilə danışar. Bu zaman çarəsiz insan bilməz ki, əslində danışan şeytandır”.

Ona görə də şeytanı zahirdə deyil, daxilimizdə axtarmalıyıq. Çünki o məlun, bizim daxilimizdə yuva qurmuş və bala çıxartmışdır. Vücudumuzu özünə əsir etmişdir.

Allaha dua edək ki, şeytanı bizdən uzaq saxlasın, qəlbimizə yol verməsin. Əks halda nə qədər çalışsaq da, onun əsarətindən xilas ola bilməyəcəyik. Allahın deyil, şeytanın qulu olacağıq.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930