Kafir olub kafir kimi də ölənlərə...
Mьəllif: admin1
Tarix: 28-02-2023, 10:54
Kafir olub kafir kimi də ölənlərə...
إِنَّ الَّذِينَ كَفَرُوا وَمَاتُوا وَهُمْ كُفَّارٌ أُولَٰئِكَ عَلَيْهِمْ لَعْنَةُ اللَّهِ وَالْمَلَائِكَةِ وَالنَّاسِ أَجْمَعِينَ خَالِدِينَ فِيهَا لَا يُخَفَّفُ عَنْهُمُ الْعَذَابُ وَلَا هُمْ يُنْظَرُونَ

"Kafir olub kafir kimi də ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun! Onlar bu lənətin içərisində həmişəlik qalarlar. Onların əzabı yüngülləşdirilməyəcək və onlara möhlət də verilməyəcəkdir."(Bəqərə, 161-162).

İzah: Bəlkə də Cəhənnəm əhlinin ən böyük əzabı bu ayədə öz əksini tapmışdır. Çünki onda onların (Cəhənnəmdə) əbədi qalmasından və hər növ ilahi mərhəmət və lütfdən məhrum olmasından söhbət açılmışdır.

Başqa sözlə, bu ayə ümid qapılarını Cəhənnəm əhlinin üzünə tamamilə qapayır və onları əbədi əzabla baş-başa qoyur. Əlbəttə, nəzərə almaq lazımdır ki, əbədi cəza yalnız bütün nicat qapılarını öz üzlərinə bağlayanlara, fəsada və azğınlığa qərq olanlara aiddir.

Bu ağır ilahi əzabın əbədi olması Allahın mehribanlığı və rəhməti ilə bir yerə sığa bilər. Çünki kafirlər başqalarının hüquqlarını tapdayan, Allaha asilikdə israr edən insanlar idilər. Əgər onlar yüz illər də dirilsələr, bu zülmlərinə davam edəcəklər.

Hədis: İmam Sadiq (ə): “Cəhənnəm əhli ona görə odda əbədi qalacaq ki, onların dünyada niyyəti əbədi olaraq sağ qalsalar da Allaha asi olmaqdır. Cənnət əhli isə ona görə Cənnətdə əbədi qalacaq ki, onların dünyada niyyəti əbədi olaraq sağ qalsalar da Allaha ibadət etmək idi.” (Kafi, c. 2, səh. 85, hədis: 5).
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930