Cəhənnəmdə əbədi qalmağa səbəb olan günah
Mьəllif: admin1
Tarix: 5-11-2021, 21:17
Cəhənnəmdə əbədi qalmağa səbəb olan günah
İslamın intihara baxışı

İslam dinində intihar bərk qadağan olunmuşdur və bu əməl qiyamət günü cəzaya səbəb olacaq. Həzrət İmam Sadiq (ə) buyurur: “Hər kəs qəsdən özünü öldürsə, o cəhənnəm odundadır və həmişə orada qalacaq”. (“Kafi”, c. 7, səh. 45)

İmam (ə) sonra buyurdu: “Mütəal Allah buyurur: “Özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir!

Hər kəs təcavüz və zülm etməklə bu işləri görərsə, Biz onu cəhənnəm oduna atırıq. Şübhəsiz ki, bu da Allah üçün çox asandır!” (“Nisa” surəsi, ayə 29-30)

İmam Baqir (ə) buyurur: “Mömin hər bəlaya düçar olar, hər bir ölümlə ölər, amma intihar etməz”. (“Kafi”, c. 2, səh. 254)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930