Azdıranlar da, azanlar da cəhənnəmdə yanacaq
Mьəllif: admin1
Tarix: 3-03-2022, 11:27
Azdıranlar da, azanlar da cəhənnəmdə yanacaq

İnsanın küfrdə təkid etməsi kafir ölməsinə səbəb olar. Belə bir insan İlahi rəhmətdən uzaq olar və axirətini məhv edər.

Ona görə də bütün İlahi peyğəmbərlər (ə) bu dünyadan mömin olaraq getməyi dua edərdilər.

Həzrət Yusif (ə) buyurur: «Ey Rəbbim, Sən mənə səltənət və hökümətdən pay verdin və yuxuların yozumunu və hədislərin (səma kitablarının və peyğəmbərlərin kəlamlarının) təfsirini öyrətdin!

Ey göyləri və yeri yaradan! Sən dünyada və axirətdə mənim yardımçım və başçımsan. Mənim canımı (Sənin əmrinə) təslim olduğum halda al və məni salehlərə qovuşdur». (“Yusif” 101).

Allah Təala kafirlər haqqında buyurur: “Əbədi olaraq onda (lənət içində) qalacaqlar. Onların nə əzabı yüngülləşdirilər və nə də onlara (üzr istəmələri üçün) möhlət verilər”. (“Bəqərə” 162).

Ondan əvvəlki ayədə isə oxuyuruq: “Doğrudan da kafir olub küfr halında ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun!”. (“Bəqərə” 161).

Yəni, kafirlər o insanlardır ki, Allah, mələklər və insanlar onlara lənət edərlər və onlar cəhənnəmdə əbədi olaraq qalacaqlar. Onların cəzası yüngülləşdirilməz və onlara möhlət verilməz.

Çox sayda Quran ayələrindən və hədislərdən bu nəticəyə gəlmək olur ki, o insan ki, bu dünyadan kafir gedər, onun üçün heç bir nicat yolu yoxdur. Bu, təbiidir, çünki biz axirətə dünyada topladıqlarımız əməlləri apararıq. Hər kim öz qanadlarını küfr atəşi ilə yandırarsa, axirətdə uça bilməyəcəkdir. Cəhənnəmə süqut etməsi qətidir.

Bu, ona bənzəyir ki, insan bilərəkdən gözünü əldən verər və bütün ömür boyu kor olar.

Kafirlər Allah, mələklər və insanlar tərəfindən lənət olunar. Çünki onlar ən böyük günaha düçar olublar. Bəs insanlardan kim onlara lənət deyir? (Allah, yaxud həmin mələk) deyəcək: «Siz də, sizdən qabaq (gəlib) keçmiş cin və ins(an) ümmətləri içərisində oda daxil olun». Hər bir dəstə daxil olan zaman öz dindaşlarını lənətləyər.

Nəhayət orada hamısı bir-birinə qovuşan zaman sonrakılar (tabe olmuş dəstə) əvvəlkilər (rəhbərlər) barəsində deyərlər: «Ey Rəbbimiz, bizi azdıranlar bunlardır, buna görə də onlara ikiqat Cəhənnəm əzabı ver».

Allah buyuracaq: «Hər biriniz üçün ikiqatdır (rəhbərlər üçün yolu azmaq və başqalarını azdırmaq əzabı, tabe olanlar üçün isə azmaq və küfrü qüvvətləndirmək əzabı) və lakin siz bilmirsiniz». (“Əraf” 38).

Ona görə də hər birimiz Allaha dua edən zaman imanlı halda bu dünyadan getməyimiz haqqında da dua etməyi unutmayaq. Necə ki, bütün İlahi peyğəmbərlər (ə) edərdilər.

“İbrahim və Yəqub oğlanlarına öz dinlərini tövsiyə etdilər (və hər biri öz vəsiyyətində dedi) ki: «Ey mənim oğlanlarım, şübhəsiz, Allah bu dini sizin üçün seçib. Buna görə də (çalışın) dünyadan mütləq yalnız müsəlman olaraq gedin!»”. (“Bəqərə” 132).

Ayələrdən çıxartdığımız nəticələr:

- Küfrdə təkid etmək kafir ölməyə səbəb olar. İnsan İlahi rəhmətdən məhrum olar.

- İnsanın ömrünün son anı mühümdür ki, necə öləcəkdir.

- Küfrü aradan aparmaq bu dünyaya aiddir, Qiyamətdə nə təxir var və nə də yüngülləşmə.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930