Əbədi Cəhənnəm
Mьəllif: admin1
Tarix: 11-11-2018, 22:41
Əbədi Cəhənnəm
إِنَّ الَّذِينَ كَفَرُوا وَمَاتُوا وَهُمْ كُفَّارٌ أُولَٰئِكَ عَلَيْهِمْ لَعْنَةُ اللَّهِ وَالْمَلَائِكَةِ وَالنَّاسِ أَجْمَعِينَ خَالِدِينَ فِيهَا لَا يُخَفَّفُ عَنْهُمُ الْعَذَابُ وَلَا هُمْ يُنْظَرُونَ


"Kafir olub kafir kimi də ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun! Onlar bu lənətin içərisində həmişəlik qalarlar. Onların əzabı yüngülləşdirilməyəcək və onlara möhlət də verilməyəcəkdir."(Bəqərə, 161-162).

İzah: Bəlkə də Cəhənnəm əhlinin ən böyük əzabı bu ayədə öz əksini tapmışdır. Çünki onda onların (Cəhənnəmdə) əbədi qalmasından və hər növ ilahi mərhəmət və lütfdən məhrum olmasından söhbət açılmışdır. Başqa sözlə, bu ayə ümid qapılarını Cəhənnəm əhlinin üzünə tamamilə qapayır və onları əbədi əzabla baş-başa qoyur.

Əlbəttə, nəzərə almaq lazımdır ki, əbədi cəza yalnız bütün nicat qapılarını öz üzlərinə bağlayanlara, fəsada və azğınlığa qərq olanlara aiddir. Bu ağır ilahi əzabın əbədi olması Allahın mehribanlığı və rəhməti ilə bir yerə sığa bilər. Çünki kafirlər başqalarının hüquqlarını tapdayan, Allaha asilikdə israr edən insanlar idilər. Əgər onlar yüz illər də dirilsələr, bu zülmlərinə davam edəcəklər.

Hədis: İmam Sadiq (ə): “Cəhənnəm əhli ona görə odda əbədi qalacaq ki, onların dünyada niyyəti əbədi olaraq sağ qalsalar da Allaha asi olmaqdır. Cənnət əhli isə ona görə Cənnətdə əbədi qalacaq ki, onların dünyada niyyəti əbədi olaraq sağ qalsalar da Allaha ibadət etmək idi.” (Kafi, c. 2, səh. 85, hədis: 5).

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031