ALLAHIN HÜQÜQLARI ƏRİN HÜQÜQLARI İLƏ YANAŞIDIR
Mьəllif: admin1
Tarix: 30-04-2018, 10:18
ALLAHIN HÜQÜQLARI ƏRİN HÜQÜQLARI İLƏ YANAŞIDIR
Ərin hüquqları ən yüksək hüquqlar kimi təqdim olunduğundan, habelə qadınların da vəzifəsi onlara qeydsiz-şərtsiz itaət etmək olduğundan, islami hədislərdə ərin hüquqlarına itaət etməyə iltizam verməyən, diqqət yetirməyən qadınlar ən pis qadınlar kimi tanıtdırılır.

Onlar bu hallarda Allahın haqqını da yerinə yetirməmiş olurlar. Ərin hüquqlarına riayət etməyə zəmanət verməkdən boyun qaçıran və bu qanunu pozan qadınlar lənətə, qarğışa layiq görülmüşdür və onlara ən ağır cəza vədə verilir. İndi isə sizin diqqətinizi bu barədə bir neçə rəvayətə cəlb edirik.

Rəsuli-Əkrəm (s) buyurur: “Ərinin haqqına riayət etməyən qadınlar şəksiz Allahın haqqını da yerinə yetirməmiş və Ona pərəstiş etməmişlər.”

Həzrət başqa bir hədisdə iki təkidlə buyurur: “Allahın lənəti o qadına olsun ki, ərinə əziyyət verir (Həzrət mətləbin bavamında buyurur). Xoş o səadətli qadının halına ki, ərinə ehtiram qoyamaq üçün çalışsın, hər bir halda ona itaət etsin.”

Həzrət bir müfəssəl hədisdə fasiq, münhərif və üsyankar qadınların nişanələrini bəyan edərək buyurur ki, onlar aşağıdakı xüsusiyyətlərə malik olanlardır: öz ailə və qohumlarının yanında şəxsiyyəti olmayanlar; ərinin yanında, evdə təkəbbürlü olub özünü uca hesab edənlər; doğmayan qadınlar; xəbərsizlik ucbatından həsədə və kinəyə əl atanlar; rəva görülməyən yaramaz işləri görməkdən qorxub çəkinməyənlər; əri yanında olmadıqda özlərini bəzəyənlər; ərinin istəklərinə müsbət cavab vermək əvəzinə, onun istəklərini görməməzliyə vurub sözlərini eşitməyən və xəlvətdə xətərli, minilməyən at kimi onun qanuni istəklərindən boyun qaçıranlar; ərinin üzrlərini qəbul etməyənlər; ərinin xətalarını bağışlamayanlar.

Bu kimi sifətlərə malik olan və özlərinin islahı üçün çalışmayan qadınlar insan surətində bəşər surətində olan heyvandır.

Əli (ə) müxtəlif hiylə və xəyanətlərə əl atan öz vəzifələrini düzgün şəkildə yerinə yetirməyən bəzi qadınlar barəsində buyurur ki, onlar zahirdə insan, batində isə heyvandırlar. Bu cür fərdlər hərəkət edən ölülərdir.”

Rəsuli-Əkrəm (s) buyurur: “Vay olsun o qadına ki, öz ərini qəzəbləndirə. Xoş olsun o qadının halına ki, əri ondan razıdır.”

Ümidvarıq ki, dindar və imanlı qadınlar bütün bu rəzil sifətlərdən xoşagəlməz xüsusiyyətlərdən uzaq olub öz ərlərinə qarşı vəfadar və mehriban olsunlar, layiqli idarəçilik, eşq-məhəbbət, səfa-səmimiyyətlə ailə ocağını isti saxlasınlar və ərin atifələrini özlərinə cəlb etsinlər.

Məhz belə olan surətdə həm ideal bir həyatı özü və ailəsi üçün icad edəcək, həm də Allah dərgahında savab qazanacaqdır.

İBRƏTAMIZ HEKAYƏT

İmam Məhəmməd Baqirin (ə) səhabələrindən biri olan əbu Həmzə Somali həzrətdən belə bir hədis də nəql edir: Bəni-İsrail tayfasında bir nəfərin iki zövcəsi var idi. Onlardan birinin əsli-əsəbi pak, nəcabətli idi.

Onlardan birindən layiqli, o birindən isə iki (naxələf) oğlu dünyaya gəldi. O kişi öləndə vəsiyyət etdi ki, bütün var- dövlətini yalnız bir oğluna versinlər. Onun vəfatından sonra oğlanlarının hər biri dedi: Atamın məqsədi mənəm və bütün irs mənə çatacaqdır. İxtilafı həll etmək üçün hər üçü qazının yanına getdi.

Qazı da onları Bəni-ğənam qardaşlarının yanına göndərdi. Onlar həmin yerə çatdıqda böyük qardaş ilə görüşdülər, amma o dedi: Mən evin kiçik oğluyam, məndən böyük qardaşımın yanına gedin. Onlar ikinci qardaşın yanına getdilər, o da zahirdə əvvəlki qardaşdan cavan görünürdü.

İkinci qardaş dedi: Məndən böyük qardaşımın yanına gedin. Üçüncü qardaşın yanına getdilər, gördülər ki, o da hamısından cavan görünürdü. Ona dedilər: Sənin məsələn bizim məsələmizdən daha təəccüblüdür; əvvəl de görək sizə nə olmuşdur ki, yaşı çox olan qardaş daha cavandır, yaşca cavan olanınız isə qocalıbdır?

Yaşda bütün qardaşlardan böyük, zahirdə isə ən cavangörünən qardaş dedi: Bizim qocalan kiçik qardaşımızın üsyankar bir zövcəsi vardır, ona əzab-əziyyət verib qocaltmışdır.

İkinci qardaşımın zövcəsi əxlaqi cəhətdən nisbətən orta səviyyədədir, bəzi hallarda ərini xoşhal edir, bəzən də qəmləndirir. Buna görə də çox da qocalmamışdır. Amma yaşda hamıdan böyük olmağıma baxmayaraq, mənim həyat yoldaşım əməlisaleh və sözə baxandı.

O heç vaxt məni narahat etməmişdir, əksinə, həmişə mənim narahatlıqlarımı öz məhəbbəti ilə aradan qaldırır. Ona görə də mən cavan qalmışam. Sizin məsələnizə gəldikdə isə, deməliyəm ki, gedib atanızın qəbrini açıb sümüklərini yandırın, sonra isə mənə müraciət edin, sizin barənizdə mühakimə yürüdüm.

Onlar atalarının qəbrini açmaq istəyəndə pak və iffətli qadından dünyaya gələn oğlu dedi: Mən öz fikrimdən döndüm və payımı sizə verdim.

Onlar qazının yanına qayıtdıqda qazı dedi: Atanızın bütün mal-dövləti bu oğlana çatır. Əgər siz də atanızın həqiqi övladları olsaydınız, onun halına yanar və ona rəhm edərdiniz.

Bu hədisdən həyat yoldaşının əri ilə xoş rəftarının əcrləri tamamilə aydın olur.

(İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI)

Hacı Rasim Məmmədov

Ahlibeyt.ge 
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930