SÖZƏBAXAN QADIN SƏADƏT AMİLİNİN YARADICISIDIR
Mьəllif: admin1
Tarix: 27-04-2018, 21:48
SÖZƏBAXAN QADIN SƏADƏT AMİLİNİN YARADICISIDIR
Mütəal Allah Öz bəndələrinin rifahı, asayişi üçün çoxlu nemətlər yaratmışdır. Bu nemət heç vaxt sayılıb qurtara bilməz. Şübhəsiz, yaxşı və layiqli həyat yoldaşı bu nemətlərdən ən dəyərlisi kimi hesab olunur. Bu ilahi nemət o qədər mühüm və əzəmətlidir ki, İmam Sadiq (ə) onların dəyərini qızıl-gümüşdən daha dəyərli təqdim edir.

Başqa bir rəvayətdə əməlisaleh, pak və əxlaqlı həyat yoldaşı bütün xoşbəxtliklərin və yaxşılıqların mənşəyi kimi təqdim olunur.

“Qurani-məcid”in tərifinə əsasən, xoşagələn, layiqli həyat yoldaşı həyatın əsası, qəlblərin aramlığı, səadət və xoşbəxtliyin rəmzidir. İnsan belə bir nemətə malik olmadan həqiqətdə ruhi rahatlığa və əhval-ruhiyyəyə malik olmayacaq.

Burada sizin diqqətinizi Məsum rəhbərlərimizdən nəql olunan bir neçə hədisə cəlb edirik.

İmam Sadiq (ə) cəddi Peyğəmbərdən (s) nəql edir ki, o Həzrət buyurmuşdur: “İnsanın xoşbəxtliklərindən biri də budur ki, layiqli həyat yoldaşına malik olsun.”

Rəsuli-Əkrəm (s) buyurur: “Allah-taala buyurur ki, hər vaxt bir müsəlmana dünya və axirət xeyirlərini nəsib etmək istəsəm... ona əməlisaleh və layiqli bir həyat yoldaşı nəsib edərəm ki, onu görməklə xoşhal olsun. Əri onun yanından xaric olsa (bir yerə getsə) öz namusunu və həyat yoldaşının mal-dövlətini qoruyar.”

Əmirəlmöminin Əli ibn Əbutalib (ə) buyurur: “Hər vaxt Allah-taala bir bəndəyə xeyir əta etmək istəsə, ona ilham edər və onun zövcəsini islah edər.”

Bu hədisdə göstərilir ki, Allah bəndəyə bir xeyir göstərmək istəsə onun qəlbinə xeyir fikirlər atar, ona əməlisaleh və yaxşı həyat yoldaşı mərhəmət edər ki, çətinliklərdə və işlərdə ona kömək etsin.

Rəsuli-Əkrəm (s) bu hədisi-şərifdə yaxşı, Allaha iman gətirib, İslam dinini qəbul etdikdən sonra gözəl qadını ilahi nemətlərin ən böyüyü hesab edir ki, müsəlmanın ixtiyarındadır və əri onu görməkdən sevinc hissi keçirir, ona hər əmr etsə, tabe olar, əri evdə olmadıqda özünü yadlardan, ərinin mal-dövlətini isə oğrulardan qoruyar.”

Tarixdə qeyd olunanlara çoxlu nümunələr göstərmək olar. Elə qadınlar da olur ki, öz ərlərinin razılığını və səadəti üçün heç bir səy, hərəkət və fəaliyyətlərini əsirgəməmişlər.

O cümlədən, Xədiceyi-Kübranı misal göstərmək olar. O, bütün varlığı ilə, mal-dövlətini sərf etməklə Rəsuli-Əkrəmə (s) iman gətirib onun himayəçisi oldu və təkcə ərinin razılığını deyil, həm də Pərvərdigarın razılığını əldə etdi. İş o yerə çatdı ki, Cəbrailə Allah tərəfindən əmr olundu ki, Həzrəti Kübraya salam göndərsin.

Həzrət Peyğəmbərin (s) əziz qızı Fatimeyi-Zəhra (s.ə.) ərinin yolunda o qədər məhəbbət göstərib onu himayə edirdi ki, dünyada onun misli görünməmişdir.

(İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI)

Hacı Rasim Məmmədov

Ahlibeyt.ge 
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930