ÜSYANKAR QADINLAR, YAXUD QALİB DÜŞMƏNLƏR
Mьəllif: admin1
Tarix: 29-04-2018, 09:28
ÜSYANKAR QADINLAR, YAXUD QALİB DÜŞMƏNLƏR
Öz ərlərinin ən böyük düşmənləri sayılan üsyankar, sözə baxmayan qadınlr barəsində bəhs edəcəyik. Onlar elə qadınlardır ki, ərlərinin qəm-qüssələrinə səbəb olur.

Ailə ocağını bədbəxtlik və çarpışma mərkəzinə çevirir, elə yaramaz hərəkət edirlər ki, heç bir kişi onların şərindən amanda qala bilməz, onların təlatümlü dəryasındn qurtuluş sahilinə çıxa bilməzlər.

Sanki bu cür fərdlər yer üzündə fəsadın ən nufuzlu amilləri və şeytanın nümayəndələridir; onlarla mübarizə aparmaq heç də adi şəxslərin işi deyil, hətta ilahi peyğəmbərlər və övliyalar da onların şərindən pərvərdigari-aləmə sığınmışlar.

İndi isə diqqətimizi bir neçə hədisə cəlb edirik: “Təğabun” surəsinin 14-cü ayəsində buyurulur: “Ey iman gətirənlər, həyat yoldaşları və övladlarınızın bəziləri sizin düşmənlərinizdir. Onlardan uzaq olun!”

Qadın və kişinin qarşılıqlı eşq və məhəbbətlərinin ən müqəddəs və ən yüksək eşq-məhəbbət olmasına baxmayaraq, üsyankar qadınların bir qrupu müəyyən amillər üzündən ərin ən qatı düşməninə çevrilə bilərlər.

Rəsuli-Əkrəm (s) buyurur: “İblisin, cəmiyyəti fəsada çəkməkdə insanı qəzəbləndirən qadından daha güclü qoşunu yoxdur.”

Həzrəti İmam Sadiq (ə) bu hədisdə üsyankar qadınları mömin şəxsin ən qalib düşmənləri kimib təqdim edir.

O həzrət cəddi Peyğəmbərdən (s) nəql edir ki, o həzrət həmişə öz dualarında deyərdi: “İlahi, üsyankar qadınların şərindən Sənə pənah aparıram ki, məni tez qocaldar və cavan yaşlarımda mənə qocalıq əlamətlərini ariz edərlər.”

Rəsulaəllah (s) buyurur: “Əgər münhərif və üsyankar qadınlar olmasaydı, camaat öz pərvərdigarına pərəstiş edib inhirafa düşməzdilər.”

Həzrət başqa bir kəlamda üsyankar qadınları aləmin ən pis varlıqları kimi təqdim edir.

Qadınlar, adətən, hisslərinə, uyduqlarına, sevinib və ya qəzəbləndikləri zaman son dərəcədə dəyişildiklərinə, işin axırına az diqqət yetirdiklərinə görə Əli (ə) öz ardıcıllarına tövsiyə edir: “Pis üsyankar qadınlardan uzaq olun, onların yaxşıları ilə rəftarda ehtiyatlı olun.”

İmam Sadiq (ə) buyurur: “Öz qadınlarınızın şərindən Allaha pənah aparıb onların yaxşılarından da ehtiyat edin. Əgər onlar göstəriş versələr, fikirləşmədən onlara tabe olmayın, çünki axırda sizi məsiyətə vadar edə bilərlər.”

Bu hədislərdən çoxlu məsələ aydın olur, çünki üsyankar və istisna qadınlar bu dəyərli kəlamlarda aləm varlıqlarının ən pisi, şeytanın həmkarları kimi təqdim edilir, öz ərləri üçün ən güclü düşmən sayılır.

Əsas etibarı ilə münhərif və xətakar qadınlar yer üzündə fəsadın, əxlaqi pozğunluğun və hərc-mərcliyin yaranıb yayılmasına səbəb olmaqla insanın kamala yetişməsinə, Allaha pərəstiş etməsinə mane olurlar.

Bu xətərli varlıqlar cəmiyyəti fəsada çəkməklə, öz pozğun əxlaqları ilə ərlərini müxtəlif müşküllərə, o cümlədən, vaxtından əvvəl bəlalara mübtəla edir, onların bədbəxtliklərinə səbəb olurlar, bu cəhətdən müqəddəs İslam dini öz ardıcıllarına bu barədə də lazımi göstəriş verir ki, bu fəsad bataqlığına düşməsinlər.

(İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI)

Hacı Rasim Məmmədov

Ahlibeyt.ge 
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031