Qadının ər, ərin qadın qarşısında vəzifəsi nədir?
Mьəllif: admin1
Tarix: 17-01-2021, 21:16
Qadının ər, ərin qadın qarşısında vəzifəsi nədir?
Hz. Peyğəmbər: Qadınla 4 xüsusiyyətinə görə evlənirlər: sərvət, gözəllik, iman, əsil-nəcabət... Sən imanlı qadınla evlən!

Şəriət qanunları əsasında

Qadının ərinin qarşısında qanuni vəzifəsi nədir? Qadınların şəri baxımdan ərlərinin müqabilində olan vəzifələrini və kişilərin qadınlarının üzərində olan hüquqlarını aşağıda qeyd edirik:

Kişinin ailə başçılığını qəbul etmək;

Qadın kişi müqabilində təmkinli olmalıdır;

Qadın öz ərinin bütün cinsi istəklərini yerinə yetirməlidir. Əgər qadının xüsusi bir problemi olarsa (heyz və sair) bu məsələdə üzürlü hesab olunur.

Qadın kişinin harada məskunlaşdığını nəzərə almayaraq ona tabe olub, onunla getməlidir;

Evdən çıxmaq və evə kimisə dəvət etmək məsələsində kişinin icazəsi şərtdir;

Əgər kişi icazə verməsə qadının evdən bayırda işləmək hüququ yoxdur

Hədislərə əsasən:

Peyğəmbərimiz (s) buyurmişdur: Əgər Allah Taaladan başqasına səcdə etmək icazəsi olsaydı, əmr edərdim qadınlar ərlərinə səcdə etsinlər.

Qadının cihadı kişinin zəhmətlərinə səbr etməkdir.

Kişi qadınından narazı olarsa, qadının əməlləri qəbul deyildir.

Əgər qadın ərindən başqasına meylli olarsa Allahın yanında zinakar sayılır.

Qadın ərinin icazəsi olmadan müstəhəbb oruc tuta bilməz.

Qadının namazının uzun olması kişinin ehtiyaclarının ödənməsinə mane olarsa savabı azalar.

Qadın ərinin icazəsi olmadan sədəqə verə bilməz.

Əgər qadın ərinin icazəsi olmadan evdən çölə çıxarsa mələklər ona lənət yağdırır.

Əgər qadın ərindən başqası üçün bəzənib ətirlənərsə, onun ibadətləri qəbul olmaz.

Qadınlarla yaxşı rəftar etməyin dəyəri:

Qadını sevmək Peyğəmbərin əxlaqıdır.

Allah yanında ən sevimli o kəslərdir ki, öz həyat yoldaşı ilə gözəl rəftar etsin.

Kişinin qadın qarşısında vəzifələri:

Qadının bütün gündəlik tələbatı kişinin öhdəsində olmalıdır.

Gündəlik ərzaqla təmin etmək.

Geyimlə təmin etmək.

Bəzək əşyaları ilə təmin etmək.

Yaşayış yeri ilə (ev) təmin etmək.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930