KİŞİNİN PAKLIĞI HƏYAT YOLDAŞININ İFFƏTLİ OLMASINA SƏBƏB OLUR
Mьəllif: admin1
Tarix: 12-04-2018, 10:02
KİŞİNİN PAKLIĞI HƏYAT YOLDAŞININ İFFƏTLİ OLMASINA SƏBƏB OLUR

Bu fəslin əvvəlində qeyd etdik ki, bütün insanlar təbiətən gözəlliyi sevirlər. Bu cəhətdən də İslam dini kişilərə göstəriş verir ki, bəzənsinlər, vüqarlı hərəkət etsinlər, çirkli olmaqdan uzaq olsunlar.

Çünki qadınlar istəyirlər ki, ərləri onlarla səliqəli, bəzənmiş halda yaşasınlar və onların daxili istəklərinə diqqət yetirsinlər. Əgər kişilər bu kimi incə məsələlərə riayət etməsələr və qadınlar da dindar və lazımi təqvaya malik olmasalar, şeytansifətlərin, həvayi-nəfsə tabe olanların hiyləgər və məkrli planlarına, torlarına düçar olub əxlaqi cəhətdən əyri yollara düşə bilərlər.

İmam Kazimin (ə) səhabələrindən biri olan Həsən ibn Cəhim deyir: İmam Musa ibn Cəfər (ə) bəzənmiş və həna qoymuş halda gördüm ki, hər kəsi özünə cəzb edirdi. O Həzrətdən soruşdum ki, ey mənim mövlam, siz də həna çəkirsinizmi?

Buyurdu: “Bəli, çünki kişinin bəzənməsi arvadın iffətli olmasına səbəb olar. Keçmişdə bu məsələyə əhəmiyyət verməyənlərin çoxunun arvadı iffətsizlik yoluna düşmüşlər.”

Rəsuli-Əkrəm (s) buyurur: “Paltarlarınızı yuyub-təmizləyin, bədəninizdəki artıq tükləri təmizləyin, dişlərinizə mesvak (fırça) vurun, paklıq və nəzafətə riayət edin. Çünki Bəni-İsrail qövmünün kişiləri çirkli qiyafərdə yaşayırdılar. Bu səbəbdən onların ardvadları ismət pərdələrini yırtıb zina edirdilər.”

Bu hədislər kişinin bəzənib səliqəli olmasını lazım bilir və bu işin həyat yoldaşının pak və ismətli olmasındakı rolunu təkidlə israr edir, buyurur ki, paklığa riayət etməmək həyat yoldaşının əyri yollara, inhirafa düşməsinə şərait yaradır.

Buna görə də, gördüyünüz kimi, paltarın, ağızın həmişə pak, təmiz və səliqəli olması təkid olunaraq diqqət mərkəzində dayanır. Rəsuli-Əkrəmin (s) özü vaxtaşırı nəzafətə, paklığa riayət edir, özünə həmişə ətir vururdu.

Onun ətri və bəzənməsi üçün sərf edilən xərcləri yeməyə verilən xərclərindən çox olurdu.

İmam Sadiq (ə) buyurur: “Rəsuli-Əkrəm ətrə təamdan artıq pul xərcləyirdi.”

Məsum rəhbərlərimiz bu məsələyə tamamilə riayət edərək öz ardıcıllarına və yaxın adamlarına da bu işi tövsiyə edirdilər.

Əmirəlmöminin Əli ibn Əbutalib (ə) “Nəhrəvan” müharibəsində Əbdüllah ibn Abbası nümayəndə kimi xəvaric ilə bəhs etməyə göndərdi.

O, gözəl paltarlar geyib, ətirləndi, ən bahalı atlardan birinə minib xəvaricə tərəf yola düşdü. Xərvariclər bu mənzərəni gördükdə təəcübləndilər və dedilər:

Biz indiyə kimi elə fikirləşirdik ki, sən insanlar içində ən təqvalısısan. Amma indi görürük ki, sən təkəbbürlülərin geyimində bizə tərəf gəlmisən. İbn Abbas “Əraf” surəsinin 32-ci ayəsini tilavət etdi. Bu ayə insanların zinətlənməsini göstəriş verir.”

Kişilər bilməlidirlər ki, onların bəzənməsinin camaatın nəzəri və şəriət ilə heç bir müxalifətçiliyi yoxdur, əksinə, ümumi bir vəzifədir ki, Məsum rəhbərlərimizin özləri əməli olaraq bu işi həyata keçirmiş, eyni zamanda bizə də tövsiyə etmişlər.

(İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI)

Hacı Rasim Məmmədov

Ahlibeyt.ge 
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930