Kişinin vəzifəsi vardır ki, xanımı üçün zahirinə diqqət etsin. Qadının da vəzifəsi vardır ki, əri üçün özünü bəzəsin
Mьəllif: admin1
Tarix: 2-02-2018, 17:47
Kişinin vəzifəsi vardır ki, xanımı üçün zahirinə diqqət etsin. Qadının da vəzifəsi vardır ki, əri üçün özünü bəzəsin
Hər bir insanın həyat yoldaşı qarşısında bəzi məharətləri var ki, bunlardan biri də bəzənməkdir. Zahiri bəzənmək – həyat yoldaşına ehtiram qoymağın nişanəsidir.

Hədislərimiz tövsiyə edir ki, xanımlar evlərində ərləri üçün bəzənməlidirlər. Özlərinə xoş ətir vurmalı və təmiz geyinməlidirlər. Lakin hədilsərimiz buyurur ki, qadın yalnız əri üçün bəzənməlidir və o da evində. Evdən bayıra çıxan qadın naməhrəmlə rastlaşacağı üçün, ətir vurmamalı, bəzənməməli və geyindiyi paltarına diqqət etməlidir.

Həm qadının və həm də kişinin bəzənməsi ailə fəzasında eşq və məhəbbəti daha da təzə və təravətli edər. Bu gün bəzi qadınlarımız evdən bayırda iş gördükləri üçün evə gələn zaman yorulur və ona görə də özlərinə diqqət edə bilmirlər. Həyat yoldaşlarını bəzənmiş və xoş üzlə qarşılaya bilmirlər.

Bəzən də evdar qadınlar o qədər ev işləri ilə məşğul olurlar ki, təmiz paltar və gülər üzlə həyat yoldaşlarını qarşıla bilmirlər.

O zaman ki, söhbət bəzənməkdən düşür, hamı elə bilir ki, bəzənmək sadəcə gözəl paltar geyinmək və saçları dəbə uyğun düzəltməkdir. Lakin qadın bilməlidir ki, həyat yoldaşı onu sevgi dolu, başa düşən bir insan kimi də görmək istəyir. Elə bir qadın ki, işini zamanında və məkanında yerinə yetirər.

Bəziləri ilk övladı dünyaya gələndən sonra həyat yoldaşını unudar.

Elə bilirlər ki, yaxşı ana olmaq odur ki, həyat yoldaşı olmağını unudasan.

Bəzi qadınlar isə bəzənməyi ancaq evliliyin ilk dövrünə aid olduğunu hesab edir. Halbuki, qadın ömrü boyu həyat yoldaşı üçün özünü bəzəməlidir.

Bu günün dünyası vəsvəsə və təmtəraq dünyasıdır. İmanı zəif olanlar bu vəsvəsəyə uyurlar. Lakin əgər qadın və kişi sadəcə öz həyat yoldaşı üçün özünü bəzəsə, bir-birinin iffəti üçün zəminə hazırlamış olarlar. İmam Kazım (ə) buyurur: “İnsanın özünü bəzəməsi qadının iffətinin artmasına səbəb olar”.

Hədislərimiz qadının bəzənməyini tövsiyə etdiyi kimi, kişiyə də tövsiyə edir. Buyurur ki, hətta paltarlarınızı qadınlarınız sizin üçün seçsinlər. Qadın da ancaq əri üçün özünə ətir vurmalı və bəzənməlidir, qeyrisi üçün deyil.

Həzrət Zəhra (s.ə) hər bir qadın üçün bir örnək və nümunədir. Həzrət Fatimə (s.ə) ürəyini və canını həyat yoldaşı Əli (ə) qarşısında səmimi şəkildə təqdim edərdi. İmam Əli (ə) onun haqqında buyurur: “Nə zaman ona baxsa idim, bütün narahatlıqlarım və qəmim aradan gedərdi”.

Bu gözəl banu çalışırdı ki, ailə mühitində əri üçün həmişə ətirlənmiş və bəzənmiş olsun. Allahın veridyi gözəl camalını zinətlərlə bəzəyərək, həyat yoldaşı Əlini (ə) xoş üzlə qarşılayardı.

Bir nəfər nəql edir: “Əli ibni Musanın (ə) /İmam Rzanın (ə)/ evinə getmişdim və gördüm ki, İmam (ə) saqqalını rəngləyibdir. Dedim: “Mübarəkdir”. Buyurdu: “Həmişə təmiz və bəzənmiş ol, xüsusilə də həyat yoldaşın üçün. Sənin ürəyin istəyirmi ki, evə gedən zaman xanımını bəzənməmiş görəsən? Onun da səndən belə gözləntisi vardır. Bu iş Allah yanında savabla yanaşı, ailənin iffətli olmasına səbəb olar. Bəni-İsrailin qadınları ona görə iffət və paklqdan əl çəkdilər ki, ərləri özlərini bəzəmirdilər”.

İmam Sadiq (ə) buyurur: “Qadınla kişi rabitəsində kişinin üç vəzifəsi vardır ki, onlardan biri - xanımı qarşısında zahirini bəzəməkdir. Qadının da üç vəzifəsi vardır ki, onlardan biri - özünü əri qarşısında bəzəməkdir”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930