Cənnətin qadınlarından biri gecənin zülmətində zahir olsa…
Mьəllif: admin1
Tarix: 28-02-2018, 10:35
Cənnətin qadınlarından biri gecənin zülmətində zahir olsa…
Həzrət Peyğəmbərin (s) Əbuzərə nəsihətlərindən

Peyğəmbər (s) cənnəti vəsf edərək belə anladır: “Ey Əbuzər! Əgər cənnətin qadınlarından biri gecənin zülmətində göydə zahir olsa, nuru yerə on dörd gecəlik aydan daha çox işıq salar. Saçlarını oynatdıqda, zülfündən ətrafa yayılan ətrin iyi bütün yer əhlini bihuş edər. Cənnət əhlinin libaslarından birini bu dünyada açıb sərsələr, onu görən bihuş olar və ona baxmağa insan gözü tab gətirə bilməz”.

Həzrətin (s) bu bölümdə dediklərindən belə anlaşılır ki, qiyamət günü insanın gözünün gücü, bu dünyada olduğundan daha güclü olacaqdır. İnsanlar bu dünyada o qədər zəifdirlər, dərrakələri, dözümləri o qədər azdır ki, əgər cənnətin libaslarından birini onlara göstərsələr, ona baxmağa taqətləri çatmayıb, bihuş olarlar. Halbuki, cənnət əhli üçün o libası geyinmək, ona baxmaq adi bir şeydir.

Qiyamətin özünəməxsus fəzasında hər bir şey şüur və danışmaq qabiliyyətinə malikdir. Buna görə də, hətta ağac və daşlar belə danışacaqlar:

“Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyildir. Axirət yurdu isə, şübhəsiz ki, əbədi həyatdır. Kaş biləydilər! (Əgər bilsəydilər, axirəti dünyaya dəyişməzdilər)”[1].

Təbiidir ki, hər şey həyata malik olarsa, hətta otlar, daşlar da danışarsa, insanlar da bu sırada olacaqlar və insanın bədən üzvləri ayrı-ayrılıqda dil açıb danışacaqdır. Bu cəhətinə görə cəhənnəmdə qulaqlar, gözlər, insanın dərisi onların gördükləri günahlara şəhadət verəcəklər. Onlar deyəcəklər:

Bizim əməllərimizə necə şəhadət verdiniz? Bədən üzvləri cavabında deyərlər: “…Hər şeyi dilə gətirən Allah bizi danışdırdı…”[2].


[1] «Ənkəbut» surəsi, ayə 64.

[2] «Fussilət» surəsi, ayə 21.


(www.ahliman.info)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930